Browsing monthly archive

Dekabr 2025

Elmi sensasiya: Zaman paradoksuna yeni riyazi yanaşma

İki alim zamanda səyahətlə bağlı uzun illərdir müzakirə olunan ən mürəkkəb məntiq paradokslarından birinə riyazi izah verdiklərini açıqlayıb. Bu barədə elmi nüfuzlu “Classical and Quantum Gravity” jurnalı məlumat yayıb. Avstraliyanın Kvinslend Universitetinin alimləri Jermeyn Tobar və Fabio Koşta iddia edirlər ki, müəyyən şərtlər daxilində zamanda səyahət fizikanın fundamental qanunları ilə ziddiyyət təşkil etmir və bu […]

Vaşinqtondan Cənubi Qafqaza mesaj

ABŞ Prezidenti Donald Tramp Azərbaycan–Ermənistan arasında sülh prosesinə dəstəyini bir daha bəyan edib. Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan Donald Trampla görüşüb. Bu barədə Ermənistanın Vaşinqtondakı səfirliyi məlumat yayıb. Görüş zamanı Narek Mkrtçyan ABŞ Prezidentinə Ermənistanla Azərbaycan arasında sülhün təmin olunması istiqamətində göstərdiyi ardıcıl səylərə görə təşəkkürünü bildirib. Donald Tramp isə cavabında erməni xalqını təbrik edərək, […]

Vaşinqtondan Tehrana sərt mesaj

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ölkəsinin nüvə proqramı ilə bağlı ittihamlara cavab verib. O bildirib ki, İranın nüvə fəaliyyəti tamamilə sülhməramlı xarakter daşıyır və beynəlxalq səviyyədə ən sərt yoxlama mexanizmləri altında həyata keçirilir. Diplomat ABŞ ilə mümkün danışıqlara da toxunaraq qeyd edib ki, Tehran ədalətli və real məzmunlu dialoqa açıqdır. Bununla belə, Vaşinqtonun […]

Mingəçevirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində regional konfrans

Respublika Baş Prokurorluğunun təşəbbüsü ilə Mingəçevirdə “Hüquqi dövlət və suverenlik: konstitusion yanaşma” mövzusunda regional konfrans təşkil olunub. Mingəçevir Dram Teatrında keçirilən tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi çərçivəsində respublikanın müxtəlif bölgələrində reallaşdırılan silsilə tədbirlərin davamı kimi baş tutub. Bu məqsədlə dekabrın 23-də Mingəçevir şəhərində Baş […]

MESİAD Azərbaycanda sənaye infrastrukturunu gücləndirir

MESİAD Azərbaycan İdarə Heyətinin yeni sədri Fuat Kayhan növbəti iki il ərzində 12 iri layihənin həyata keçirilməsini hədəflədiklərini açıqlayıb. O bildirib ki, bu layihələr üçün xüsusi sənaye və investisiya komissiyası yaradılacaq:“Layihələr KOBİA, Azərbaycan İqtisadiyyat Nazirliyi, Türkiyənin İqtisadiyyat Nazirliyi və MÜSİAD Baş Qərargahı tərəfindən birgə dəstəklənəcək”. F.Kayhan əlavə edib ki, fəaliyyətə başlayacaq istehsal müəssisələri ilə qlobal […]

Sərhəd Xidmətindən uğurlu əməliyyat

Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsi xidməti ərazidə İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısını alıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kq 848 qram marixuana və 0.006 qram tiryək aşkar edilərək götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycan–Türkiyə əməkdaşlığı

Türkiyə şirkətləri işğaldan azad edilmiş Qarabağ bölgəsinin yenidən qurulmasına 5 milyard dollar dəyərində layihələrlə töhfə verib. Bu barədə Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda Türkiyənin ticarət naziri Ömer Bolat məlumat verib. Nazir bildirib ki, Türkiyə şirkətləri uzun illərdir Azərbaycanda, xüsusilə Qarabağın bərpa və yenidənqurma prosesində mühüm rol oynayır. “Türkiyə podratçıları qlobal miqyasda 550 milyard dollardan […]

“Konstitusiya və Suverenlik İli” çərçivəsində regional tədbir

Mingəçevir şəhər Prokurorluğunda Baş Prokurorluğun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində regional “Açıq qapı” Günü keçirilib. Tədbirdə Baş Prokurorluğun məsul əməkdaşları, Ağdam, Bərdə, Goranboy, Şəki, Mingəçevir və Yevlax prokurorluqlarının işçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də çoxsayda media təmsilçisi iştirak ediblər. “Açıq qapı” Günü çərçivəsində iştirakçılara prokurorluq orqanlarının fəaliyyətinin hüquqi əsasları, peşəkar fəaliyyətin əsas prinsipləri […]

Prezidentdən aztəminatlı ailələrə yeni sosial dəstək

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncam dövlətin sosial siyasətində əsas prioritetin vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin gücləndirilməsi olduğunu bir daha təsdiqləyir. Milli Məclisin deputatı Vüqar Bayramov sərəncamın icrası ilə bağlı əsas suallara aydınlıq gətirib. – Kimlərə yardımlar ödəniləcək?Sərəncam hazırda aktiv ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil […]

ABŞ kəşfiyyatının gizli hesabatı

ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın bütün ərazisini nəzarətə götürmək niyyətindədir. Bu barədə “Reuters” agentliyi altı mənbəyə istinadən məlumat yayıb. Məlumata əsasən, Kremlin planları bununla yekunlaşmır. ABŞ xüsusi xidmət orqanları hesab edir ki, Putin vaxtilə Sovet İttifaqının tərkibində olmuş Avropanın bəzi ərazilərini yenidən Rusiyanın təsir dairəsinə qaytarmağı hədəfləyir. Qeyd olunur ki, bu […]