Browsing monthly archive

Dekabr 2025

DTX, Xüsusi Rabitə Xidməti və MİDA-dan birgə tədbir

03 dekabr 2025-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihələri üzrə ümumilikdə 627 mənzilin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı zamanı informasiya təhlükəsizliyi tam təmin olunub. Mənzil seçimi prosesinin təhlükəsiz və fasiləsiz həyata keçirilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən […]

“Bəşəriyyət korrupsiya kimi təhlükəli bir bəla ilə üz-üzədir”

17.12.2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsinin təşkilatçılığı ilə Mingəçevir Media Mərkəzində “Cəmiyyətin korrupsiyaya qarşı məsuliyyəti və dini dəyərlərin rolu” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və Mingəçevir Vəkil bürosunun vəkili Rafiq […]

Pirotexniki vasitələr satan iki nəfər saxlanıldı

Abşeron rayonunda pirotexniki vasitələrin qanunsuz satışı ilə məşğul olan iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, Abşeron Rayon Polis İdarəsi tərəfindən həyata keçirilən profilaktik tədbir zamanı, satıcılar müəyyən edilərək saxlanılıb və onlardan yüksək səs və işıq effekti yaradan müxtəlif pirotexniki vasitələr götürülüb. Faktla bağlı protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Mingəçevirdən Qarabağa 19 mindən artıq məcburi köçkün ailəsi yola salınacaq

Qarabağa qayıdış proqramı çərçivəsində Mingəçevirdə məskunlaşmış 19 mindən artıq keçmiş məcburi köçkün ailəsi mərhələli şəkildə işğaldan azad olunmuş doğma torpaqlarına yola salınacaq. Bu günədək Mingəçevirdən 100-dən çox ailə Füzuli, Cəbrayıl, Xocalı, Xocavənd, Laçın, Şuşa və Ağdam rayonlarına köçürülüb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mingəçevir nümayəndəsi Rauf Nəbiyev bildirib ki, köçürülənlər arasında Ağdam […]

Azərbaycanda sosial və əməkhaqqı kartlarının sayı artmaqdadır

Dekabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda dövriyyədə olan ödəmə kartlarının ümumi sayı 21 milyon 835 minə çatıb. Kartların əsas hissəsini debet kartları təşkil edir. Statistikaya görə, ümumi kartların 3 milyon 398 mini sosial ödəniş kartlarının, 2 milyon 935 mini əməkhaqqı kartlarının, 2 milyon 97 mini kredit kartlarının, 13 milyon 404 mini isə digər debet kartlarının […]

Valideynlərini itirmiş uşaqlarla bağlı anlayış yenilənir

Qanunvericilikdə istifadə olunan “valideynlərini itirmiş uşaqlar” anlayışının dəyişdirilməsi nəzərdə tutulur. Yeni yanaşmaya əsasən, bu termin “valideyn himayəsindən məhrum olmuş uşaqlar” anlayışı ilə əvəz olunacaq. Məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan bir sıra məcəllə və qanunlara dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsində öz əksini tapıb. Hazırda qüvvədə olan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş […]

Mingəçevirdə iki qadın dəm qazından zəhərlənib

Mingəçevir şəhərində bir ailənin iki üzvü dəm qazının təsirinə məruz qalıb. Hadisə Heydər Əliyev prospektində, keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış massivində qeydə alınıb. Məlumata görə, 1935-ci il təvəllüdlü Nabat İsmayılova və onun gəlini, 1973-cü il təvəllüdlü Mədinə İsmayılova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər. Zərərçəkənlər dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb. Hazırda onların vəziyyəti […]

Xankəndidə Yeni il və Həmrəylik Günü üçün hazırlıqlar tamamlandı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-dən etibarən Xankəndi şəhərində iki bayram yarmarkası fəaliyyətə başlayacaq. Tədbirlərlə bağlı bütün təşkilati işlərin artıq yekunlaşdığı bildirilir. Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca ikinci dəfə keçirilən “Qış nağılı” […]

Dağlıq və dağətəyi rayonlarda qar yağışı müşahidə olunur

Dekabrın 26-sı saat 09:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraiti arabir yağıntılı keçib, bəzi bölgələrdə yağıntı güclü xarakter alıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dağlıq və dağətəyi rayonlarda qar yağışı qeydə alınıb. Yağan qarın hündürlüyü Zaqatalanın Əlibəy ərazisində 10 sm, Kəlbəcər, Laçın və Qubadlıda 7 sm, Daşkəsən və Qusarın Laza kəndində 5 sm, Göygöldə […]

Gürcüstanda narkotik qaçaqmalçılığına qarşı əməliyyat

Tbilisi Beynəlxalq Hava Limanında külli miqdarda narkotik vasitə aşkar edilib. Gürcüstan hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 36 yaşlı Rusiya vətəndaşı saxlanılıb. Araşdırmalar zamanı şübhəlinin üzərindən və şəxsi əşyalarından qara bazar dəyəri 1 milyon larini ötən 1 kiloqram 200 qram kokain müsadirə olunub. Məlumata görə, narkotik vasitənin bazar qiyməti yüz minlərlə dollarla ölçülür. Faktla bağlı Gürcüstan […]