Browsing monthly archive

Dekabr 2025

Moldova–Rusiya münasibətlərində yeni gərginlik

Moldova Prezidenti Maya Sandu Kişinyovda fəaliyyət göstərən “Rus Evi” mədəniyyət mərkəzinin bağlanması ilə bağlı fərman imzalayıb. Bununla yanaşı, Moldova ilə Rusiya arasında 1998-ci ildən qüvvədə olan mədəniyyət mərkəzlərinin yaradılması və işi ilə bağlı saziş də rəsmən denonsasiya olunub. Moldovanın mədəniyyət naziri Kristian Jardan daha əvvəl bildirib ki, Rusiya–Ukrayna müharibəsindən sonra “Rus Evi” ölkədə mədəni layihələrdən […]

NATO–Rusiya münasibətlərində yeni mərhələ

NATO Baş katibi Mark Rütte dekabrın 3-də alyansa üzv ölkələrin xarici işlər nazirləri ilə keçirilən görüşdə Rusiya–NATO Şurasının ləğv ediləcəyini açıqlayıb. Bu barədə məlumatı Brüsseldə keçirilən iclasdan sonra Polşanın xarici işlər naziri Radoslav Sikorski mediaya verib. Onun sözlərinə görə, həm Rusiya–NATO Şurası, həm də iki tərəf arasında münasibətləri tənzimləyən Rusiya–NATO Təsis Aktı artıq hüquqi və […]

İşçilərin rifahına diqqət: Çində yeni iş modeli

Çində fəaliyyət göstərən “Pang Dong Lai” şirkətinin təsisçisi Yu Donglai işçiləri üçün qeyri-adi bir təşəbbüs həyata keçirib: əgər işçi özünü stresli, yorğun, məyus və ya istirahətə ehtiyacı olduğunu hiss edirsə, rəhbərlikdən icazə almadan işə gəlməmə hüququna malikdir. Şirkət rəhbərliyi qeyd edir ki, bu qərar tamamilə işçinin öz seçimidir və icazə üçün hər hansı təsdiq tələb […]

Mingəçevirdə qəhrəmanlıq və vətənpərvərlik ruhu yaşadıldı

Mingəçevirdə “Milli Qəhrəman Natiq Qasımovun İgidlik Yoluna Həsr Olunmuş” tədbir təşkil olunub.Heydər Əliyev Mərkəzində keçirilən görüşdə şəhər rəhbərliyi, YAP Mingəçevir təşkilatının üzvləri, təhsil nümayəndələri və qəhrəmanın silahdaşları iştirak ediblər. Tədbirdə çıxış edən Natiq Qasımovun qardaşı Nofəl Qasımov onun cəsarət dolu həyatından, döyüşdə göstərdiyi fədakarlıqdan danışaraq Natiqin gənclər üçün əsl nümunə olduğunu vurğulayıb. Sonda Milli Qəhrəmanın […]

Əfqanıstanda dəhşətli qətlin cəzası icra olundu

Əfqanıstanın şərqində yerləşən Xost şəhərində çərşənbə axşamı bir ailənin 13 üzvünü amansızlıqla öldürməkdə təqsirləndirilən şəxs ictimai şəkildə edam edilib. Məlumat “Associated Press” tərəfindən yayımlanıb. Hadisə şəhər stadionunda baş tutub və edama minlərlə insan, o cümlədən qurbanların yaxınları toplaşıb. BMT-nin Əfqanıstan üzrə xüsusi məruzəçisi Riçard Bennet sosial şəbəkədə paylaşdığı açıqlamada Talibanı belə cəzaları dayandırmağa səsləyib. O […]

Macarıstanda 1700 illik Roma sarkofağı tapıldı

Macarıstanda arxeoloqlar tərəfindən aparılan qazıntılar zamanı təqribən 1700 il əvvəl Roma imperiyası dövründə hazırlanmış daş sarkofaq tapılıb. Bu barədə məlumatı “Fox News” yayıb. Tapıntı Budapeştin şimalında yerləşən Obuda rayonunda – qədim Roma şəhəri Aquincumun ərazisində müəyyən edilib. 3–4-cü əsrlərə aid edilən sarkofaqın köhnə qəbiristanlıqda, tərk edilmiş tikililərin yaxınlığında aşkarlandığı bildirilir. Budapeşt Tarix Muzeyinin aparıcı arxeoloqu […]

Putin Rusiyadakı işsizliklə bağlı yeni rəqəmləri açıqladı

Rusiyada işsizliyin səviyyəsi rekord dərəcədə enərək 2,2 faizə çatıb. Bu barədə Rusiya Prezidenti Vladimir Putin VTB-nin təşkil etdiyi “Rusiya çağırır!” adlı 16-cı investisiya forumunun plenar sessiyasında çıxışı zamanı məlumat verib. Prezident bildirib ki, ölkədə sahibkarlar üçün əlverişli iqtisadi mühit formalaşıb və əsas makroiqtisadi göstəricilərdə sabitlik investorlar üçün etibarlılıq yaradır. Xatırladaq ki, oktyabrın 14-də Baş nazir […]

Türkiyənin nüfuzlu ali təhsil müəssisələri Mingəçevir Dövlət Universitetini seçib: 5 müəllim, 6 tələbə Türkiyədə təhsil alacaq

Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi növbəti uğur çərçivəsində 6 tələbə bir semestrlik, 5 müəllim isə iki həftəlik mübadilə proqramında iştirak etmək imkanı qazanıb. Mübadilələr “Orhun Mübadilə Proqramı” çərçivəsində Türkiyənin nüfuzlu ali təhsil müəssisələri olan Hacettepe Universiteti, Ege Universiteti, İstanbul Ticarət Universiteti, Karamanoğlu Mehmetbəy Universiteti  və Eskişehir Anadolu Universiteti  ilə əməkdaşlıq çərçivəsində […]

60+ yaşlı müəllimlər üçün yeni təklif: Sertifikasiya nəticəsi məcburi olmasın

Sertifikasiya müəllimlərin bilik və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün tətbiq edilən əsas mexanizmlərdən biridir. Son dövrdə bu proseslə bağlı ən çox müzakirə edilən məsələlərdən biri 60 yaşdan yuxarı pedaqoqların imtahanlarda könüllü şəkildə iştirak etməsi və yüksək nəticələr göstərməsi fonunda yaranan hüquqi boşluqdur. Hazırda gündəmdə olan əsas təkliflərdən biri yaşlı müəllimlərin 65 yaşdan sonra da müəyyən müddətlik […]

ADNSU-da müəllimlərin maaşı artırıldı

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda rektor, dosent Rüfət Əzizovun təqdimatı əsasında professor-müəllim heyətinin əməkhaqlarının artırılması barədə qərar qəbul olunub. Qərara əsasən: Dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin maaşları 15–20 %, Tyutorların maaşları 33 %, Laborantların maaşları isə 20 % artırılıb. Artımdan sonra əməkhaqqı […]