Rusiya-Ukrayna gərginliyi
Dekabrın 6-na keçən gecə Rusiya qüvvələri Kiyev vilayətində hava zərbələri endirib. Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Fastov, Vışqorod və Buça rayonlarında gecəboyu bombardman davam edib. Hadisələr nəticəsində üç nəfər yaralanıb. Fastovda yanğınlar baş verib, dəmiryol vağzalı və avtobaza ciddi ziyan çəkib. Novi Petrovtsi kəndində pilotsuz uçan aparatların qalıqları 5,500 kvadratmetrlik anbarda yanğına səbəb olub. […]