Browsing monthly archive

Dekabr 2025

“FGN-TUG-S01” kosmik missiyası kritik manevrini uğurla tamamladı

Türkiyənin “Baykar” şirkəti ölkənin tamamilə milli imkanlarla hazırladığı kosmik transfer vasitəsi “FGN-TUG-S01”in hibrid mühərrikini uğurla işə saldığını açıqlayıb. Dekabrın 6-sı, Bakı vaxtı ilə saat 08:46-da “FGN-TUG-S01” əsas hibrid təkan sistemini işə salaraq 35 saniyə davam edən kritik manevrini qüsursuz şəkildə tamamlayıb. Bu əməliyyat həm Türkiyə, həm də dünya miqyasında bir ilk sayılır. Manevrin uğurla başa […]

Siyasi gərginlik və maliyyə problemləri səbəbindən fəaliyyət dayandırıldı

Ermənistanda yayımlanan azərbaycandilli televiziya kanalı “ReOpen Media” fəaliyyətini dayandırdığını açıqlayıb. Kanal dekabrın 6-da gecəyarısı təcili efirə çıxaraq maliyyə çətinlikləri və siyasi təzyiqlər səbəbindən bağlandığını bildirmişdir. Rəsmi açıqlamada maliyyə problemləri əsas səbəb kimi göstərilsə də, layihənin bağlanması son günlərdəki siyasi gərginliklə də əlaqələndirilir. Belə ki, dekabrın 3-də Real TV-də keçirilən canlı efirdə aparıcı Vəfa Həmzəyeva ilə […]

Ukrayna ordusundan yeni irəliləyiş

Ukrayna Silahlı Qüvvələrinin 67-ci xüsusi mexanikləşdirilmiş briqadası Dnepropetrovsk vilayətində yerləşən Tixoye kəndinə nəzarəti tam bərpa etdiyini açıqlayıb.Bu barədə briqadanın rəsmi Facebook səhifəsində məlumat verilib. Qeyd olunur ki, Rusiya tərəfi noyabrın 21-də kəndin ələ keçirildiyini bildirmişdi. Lakin Ukrayna ordusu dekabrın 6-da Tixoyenin yenidən 67-ci briqadanın nəzarətinə keçdiyini rəsmən təsdiqləyib. Hərbiçilər vurğulayıblar ki, kəndin azad olunması cənub-şərq […]

Sülh yalnız sənəddə yox, cəmiyyətdə qurulmalıdır

Qətərdə keçirilən “Doha Forumu”nda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev regionda uzunmüddətli sülhün təmin olunması üçün xalqların sülhə hazırlanmasının vacibliyini vurğulayıb. Hacıyev bildirib ki, Azərbaycan üçün müharibə mərhələsi artıq arxada qalıb və bundan sonrakı hədəf bölgədə dayanıqlı rifah və inkişafın təmin edilməsidir. Onun sözlərinə görə, Cənubi Qafqazın […]

Benində hakimiyyət çevrilişi

Benində hərbi qüvvələr ölkə idarəçiliyinə nəzarəti ələ keçirib. Bu barədə “La Nouvell Tribune” portalı məlumat yayıb. Məlumata görə, prezident Patris Talon hakimiyyətdən uzaqlaşdırılıb, bütün dövlət idarəetmə strukturları isə fəaliyyətini dayandırıb. Ölkənin idarəçiliyi tam şəkildə Hərbi Komitənin nəzarətinə keçib. Komitəyə polkovnik Tiğri Paskal rəhbərlik edir. Hazırda yeni hakimiyyətin yaxın günlərdə ölkənin idarə olunması ilə bağlı əsas […]

Mingəçevir Dövlət Universitetinin ev sahibliyi etdiyi “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı III Beynəlxalq Konfrans öz işinə başlayıb:

2025-ci il 6 dekabr tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyənin Gazi Universiteti və “HBN Group”un birgə təşkilatçılığı ilə keçirilən “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər (Sustainable Development Strategy: Global Trends, National Experience and New Goals)” mövzusunda III Beynəlxalq Konfrans öz işinə başlayıb. […]

Elektroenergetika sahəsində Strateji Əməkdaşlıq Memorandumu imzalanıb

Dekabrın 6-da Mingəçevir Dövlət Universitetində (MDU) keçirilən “Davamlı İnkişaf Strategiyası” mövzusunda III Beynəlxalq Konfrans çərçivəsində, MDU və Azərbaycan Texniki Universiteti (AzTU) arasında Elektroenergetika Tədqiqat Klasterinin birgə yaradılması və istifadəsinə dair Strateji Əməkdaşlıq Memorandumu imzalanıb. “Azərbaycan müəllimi” xəbər verir ki, memorandumu AzTU-nun rektoru professor Vilayət Vəliyev və MDU-nun rektoru Anar Eminov imzalayıb. Yeni əməkdaşlıq elektroenergetika üzrə […]

Beyləqanda dəhşətli qəza

Beyləqanda ağır yol qəzası baş verib.Rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.Hadisə zamanı bir nəfərin həyatını itirdiyi, iki nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.Qəza ilə bağlı araşdırma tədbirləri davam etdirilir.

Paşinyanın sərhəd mesajı

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuşun Kirants kəndinə gələrək Azərbaycanla demarkasiya olunmuş sərhəd xəttini yerindəcə yoxlayıb və sakinlərlə söhbət edib. O, səfərin görüntülərini sosial şəbəkədə paylaşaraq məqsədin hökumətin təhlükəsizlik konsepsiyasını izah etmək olduğunu bildirib. Paşinyan vurğulayıb ki, ölkənin təhlükəsizliyi təkcə ordudan ibarət deyil və bunun üçün müxtəlif vasitələrə ehtiyac var: “Əgər təhlükəsizlik yalnız ordudan asılıdırsa, […]

Mingəçevirdə zəncirvari qəza

Mingəçevirdə Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində üç minik maşınının iştirakı ilə zəncirvari qəza baş verib. İlkin məlumatlara əsasən, avtomobillərə ciddi ziyan dəyib. Hadisə nəticəsində prospektdə nəqliyyatın hərəkəti bir müddətlik məhdudlaşıb və qısa tıxac yaranıb.