Browsing daily archive

Dekabr 29, 2025

Güzgü Qarşısındakı Tələ

Müasir dövrdə sosial şəbəkələri açmaq kifayətdir ki, “mükəmməl bədən” təbliğatı ilə üz-üzə qalasan. Hər yerdə “bir həftədə 10 kiloqram atmaq”, “möcüzəvi arıqlama çayları” və ya “sehirli həblər” kimi şüarlar gənclərin şüuruna yeridilir. Xüsusilə gənc qızlar və oğlanlar, cəmiyyətin və ekranların diktə etdiyi qəliblərə sığmaq üçün sağlamlıqlarını heçə sayırlar. Lakin unudulan bir həqiqət var: sürətli arıqlamaq […]

Yeni ildən təbii qazın qiymətində gözlənilirmi?

Beynəlxalq proqnozlara əsasən, 2026-cı ildə qlobal mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı təxminən 10 faiz artaraq 490 milyon tona yüksələcək. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu göstərici 446 milyon ton təşkil edib. Bu barədə “S&P Global Energy” agentliyinin növbəti il üzrə açıqladığı hesabatda bildirilib. Proqnozlara görə, 2026-cı ildə enerji bazarına təsir edən əsas amillər […]

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Hindistandakı səfirliyində bayram tədbiri

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Hindistandakı səfirliyində bayram tədbiri təşkil edilib. Mərasimdə səfirliyin əməkdaşları və onların ailə üzvləri ilə yanaşı, Nyu-Dehlidə yaşayan və paytaxtda səfərdə olan azərbaycanlılar iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu əlamətdar gün dünyanın […]

Bayram günlərinin iş qrafiki

31 dekabr–4 yanvar tarixlərini əhatə edən qeyri-iş günlərində ölkə üzrə bankların filial və şöbələri, həmçinin “Azərpoçt” MMC-nin poçt şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyətini davam etdirəcək. Məlumat Azərbaycan Mərkəzi Bankına istinadən yayılıb. Bildirilib ki, bayram günlərində həm yerli vətəndaşların, həm də Azərbaycana səfər edən turistlərin valyuta mübadiləsi xidmətlərinə fasiləsiz çıxışının təmin olunması məqsədilə xüsusi iş […]

Qarabağdan köçən ermənilər Ermənistanı da tərk edir

2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra Ermənistan ərazisinə könüllü köç edən ermənilər ölkəni kütləvi şəkildə tərk etməyə başlayıblar. Onların böyük hissəsi Rusiya və Avropa ölkələrinə üz tutur. Ekspertlərin fikrincə, bu miqrasiyanın əsas səbəblərindən biri yerli ermənilərlə Qarabağdan gələnlər arasında uzun müddətdir davam edən qarşılıqlı narazılıqlardır. Bu gərginlik gündəlik məişət səviyyəsində […]