Browsing daily archive

Dekabr 16, 2025

Ermənistan parlamentinin qərarı

Ermənistan Milli Assambleyası məcburi hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişiklikləri yekun oxunuşda təsdiqləyib. Qəbul olunan qərara əsasən, çağırışçılar üçün xidmət müddəti 24 aydan 18 aya endirilir. Səsvermə zamanı 65 deputat təşəbbüsü dəstəkləyib, 4 millət vəkili əleyhinə çıxıb, 20 deputat isə bitərəf mövqe sərgiləyib. Qeyd edək ki, xidmət müddətinin azaldılması ideyası ilk dəfə bu ilin sentyabr ayında […]

Milli Məclisdə qanunvericilik təşəbbüsü

Milli Məclisdə elektron siqaretlərlə bağlı qanunvericiliyə dəyişikliklər müzakirə olunub. Maye halında buxarlanan elektron siqaretlərin ölkəyə gətirilməsi, istehsalı, satışı və istifadəsinin qadağan edilməsini nəzərdə tutan təşəbbüs deputatlar tərəfindən birgə müzakirəyə çıxarılıb. Millət vəkili Tahir Mirkişili sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişikliklər ictimai sağlamlığın qorunması baxımından vacib […]

Rusiya–Ukrayna müharibəsi

Almaniya kansleri Fridrix Mertsin Rusiya ilə Ukrayna arasında Milad bayramı dövründə döyüşlərin dayandırılması təşəbbüsü Moskva tərəfindən qəbul olunmayıb. Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında bildirib ki, Rusiya müharibə şəraitində tərəflərdən birinə üstünlük qazandıracaq və ya hərbi fasilə yaradacaq müvəqqəti atəşkəs variantlarını məqsədəuyğun hesab etmir. Onun sözlərinə görə, Moskva yalnız uzunmüddətli və real siyasi razılaşma perspektivi olan […]