Browsing daily archive

Dekabr 9, 2025

Dövlət orqanlarına qəbul qaydalarında yenilik

Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci–üçüncü təsnifatlarına uyğun olan vəzifələrə qəbul daxili müsahibə əsasında həyata keçirilir (müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələri istisna olmaqla). Təklif olunan dəyişikliyə görə isə bu qayda yerli icra hakimiyyəti orqanlarının […]

Müddətli hərbi xidmətçilərə leytenant rütbəsi veriləcək

Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu uğurla bitirən ali təhsilli hərbi qulluqçulara leytenant rütbəsi veriləcək. Bu dəyişikliklər “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən əlavələrdə əksini tapıb. Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib, beləliklə müddətli həqiqi hərbi xidmətçilərin rütbə yüksəlişi rəsmi şəkildə […]

Moped sürücülərinə yeni tələblər: Sürücülük vəsiqəsi mütləq olacaq

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələb olunacaq. Bu, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb. Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda qəbul edilən qanun layihəsinin əsas məqsədi mopedlərin istismarına dair qaydaları təkmilləşdirmək, sürücülərin bilik və bacarıqlarını artırmaq və yol hərəkətinin təhlükəsizliyini yüksəltməkdir. Dəyişikliklərə əsasən: Moped idarə etmək üçün […]

Uşaq və yeniyetmələr üçün onkoloji müalicə icbari sığortaya daxil edilir

Yeni iqtisadi çağırışlara cavab olaraq insan kapitalının keyfiyyətinin yüksəldilməsi və iqtisadi dayanıqlığın təmin edilməsi əsas prioritetdir. Bu barədə Milli Məclisin plenar iclasında büdcə müzakirələri zamanı Baş nazir Əli Əsədov məlumat verib. Baş nazir qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində sosial yönlü xərclər 17,1 milyard manat təşkil edəcək, bu da xərclərin 41%-i deməkdir. Təhsil və […]

Qəzza zolağı: Türkiyə hazır, amma İsrail tərəddüd edir

Türkiyə Silahlı Qüvvələri Qəzza zolağında yerləşdirilməsi planlaşdırılan beynəlxalq sabitləşdirici missiya üçün hazırlıqlarını tamamlayıb. Bu barədə “Türkiyə” qəzeti təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb. Mənbələr bildiriblər ki, Türkiyə üçün missiyaya qoşulmaq heç bir problem yaratmır, lakin İsrail bu təşəbbüsə qarşı çıxır. ABŞ isə İsrailə təzyiq göstərərək türk hərbçilərinin orada olmasını istəyir: “Atəşkəsin təminatçılarından biri kimi bizim də […]

Mobil cihazlarla bağlı yeni rüsum qaydaları təsdiqləndi

Ölkəyə gətirilən mobil telefonlarla bağlı yeni maliyyə tələbləri rəsmən təsdiqlənib. Bundan sonra fiziki şəxslər şəxsi istifadə üçün təqvim ili ərzində yalnız bir ədəd mobil cihazı əlavə xərc olmadan gətirə biləcəklər. Limitdən artıq gətirilən hər bir əlavə telefonun qeydiyyatı üçün isə 100 manat dövlət rüsumu tətbiq ediləcək. Bu dəyişikliklər bu gün Milli Məclisdə üçüncü oxunuşda qəbul […]

Nizami irsi Türkiyədə yenidən doğulur

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dahi Azərbaycan şairi və Türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə” toplusunun əsərləri orijinal mətnlər əsasında Türkiyə türkcəsinə çevrilərək ardıcıl şəkildə nəşr olunur. Mərkəzdən verilən məlumata görə, “Xəmsə”yə daxil olan poemaların tərcüməsini Erzurum Atatürk Universitetinin professoru, tanınmış tərcüməçi Nimet Yıldırım həyata keçirir. Layihə çərçivəsində Nizami Gəncəvinin ölməz […]

Şagirdlər üçün peşə seçimi imkanı genişlənir

Dövlət İmtahan Mərkəzi 8-ci və daha yuxarı sinif şagirdlərinə “Peşə seçimi” alətindən yararlanmaq imkanı təqdim edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. “Peşə seçimi” aləti şagirdlərin maraq, qabiliyyət və şəxsi xüsusiyyətlərinə uyğun peşə istiqamətlərini müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Alət üç əsas mərhələni əhatə edir: Təfəkkür növləri üzrə test Şəxsi xüsusiyyətlərin qiymətləndirilməsi Peşə maraqlarının […]

Cəlilabadda vətəndaşa verilən 20 arı ailəsi qısa müddətdə tələf oldu

Cəlilabad rayonunda Dövlət Məşğulluq Xidmətinin dəstəyi ilə vətəndaşa təqdim edilən 20 arı ailəsi bir neçə gün ərzində məhv olub. Pərdi kənd sakini Asif Əliyev təsərrüfat yaratmaq məqsədilə müraciəti əsasında 20 arı ailəsi ilə təmin edilib. Lakin qısa zaman sonra bütün arıların tələf olduğu aşkarlanıb. A. Əliyevin sözlərinə görə, arılar xəstəlik səbəbindən məhv olub. O, vəziyyətlə […]