Donor qanının təhlükəsizliyi üçün yeni texnologiya tətbiq olunur
Səhiyyə Nazirliyi bildirib ki, donor qanında yoluxucu infeksiyalar daha erkən mərhələdə aşkarlanacaq. Bu barədə Respublika Qan Bankının Klinik-diaqnostik laboratoriyasının müdiri Sevinc Məhərrəmova açıqlama verib. O qeyd edib ki, qan nümunələrinin laborator müayinəsi ardıcıl və elmi əsaslarla aparılır, məqsəd donor qanının təhlükəsizliyini maksimum təmin etməkdir. Qan və onun komponentləri seroloji, immunhematoloji və molekulyar-bioloji testlərdən keçirilir. S. […]