Browsing daily archive

Dekabr 6, 2025

Mingəçevir Dövlət Universitetinin ev sahibliyi etdiyi “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı III Beynəlxalq Konfrans öz işinə başlayıb:

2025-ci il 6 dekabr tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyənin Gazi Universiteti və “HBN Group”un birgə təşkilatçılığı ilə keçirilən “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər (Sustainable Development Strategy: Global Trends, National Experience and New Goals)” mövzusunda III Beynəlxalq Konfrans öz işinə başlayıb. […]

Elektroenergetika sahəsində Strateji Əməkdaşlıq Memorandumu imzalanıb

Dekabrın 6-da Mingəçevir Dövlət Universitetində (MDU) keçirilən “Davamlı İnkişaf Strategiyası” mövzusunda III Beynəlxalq Konfrans çərçivəsində, MDU və Azərbaycan Texniki Universiteti (AzTU) arasında Elektroenergetika Tədqiqat Klasterinin birgə yaradılması və istifadəsinə dair Strateji Əməkdaşlıq Memorandumu imzalanıb. “Azərbaycan müəllimi” xəbər verir ki, memorandumu AzTU-nun rektoru professor Vilayət Vəliyev və MDU-nun rektoru Anar Eminov imzalayıb. Yeni əməkdaşlıq elektroenergetika üzrə […]

Beyləqanda dəhşətli qəza

Beyləqanda ağır yol qəzası baş verib.Rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.Hadisə zamanı bir nəfərin həyatını itirdiyi, iki nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.Qəza ilə bağlı araşdırma tədbirləri davam etdirilir.

Paşinyanın sərhəd mesajı

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuşun Kirants kəndinə gələrək Azərbaycanla demarkasiya olunmuş sərhəd xəttini yerindəcə yoxlayıb və sakinlərlə söhbət edib. O, səfərin görüntülərini sosial şəbəkədə paylaşaraq məqsədin hökumətin təhlükəsizlik konsepsiyasını izah etmək olduğunu bildirib. Paşinyan vurğulayıb ki, ölkənin təhlükəsizliyi təkcə ordudan ibarət deyil və bunun üçün müxtəlif vasitələrə ehtiyac var: “Əgər təhlükəsizlik yalnız ordudan asılıdırsa, […]

Mingəçevirdə zəncirvari qəza

Mingəçevirdə Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində üç minik maşınının iştirakı ilə zəncirvari qəza baş verib. İlkin məlumatlara əsasən, avtomobillərə ciddi ziyan dəyib. Hadisə nəticəsində prospektdə nəqliyyatın hərəkəti bir müddətlik məhdudlaşıb və qısa tıxac yaranıb.

Rusiya-Ukrayna gərginliyi

Dekabrın 6-na keçən gecə Rusiya qüvvələri Kiyev vilayətində hava zərbələri endirib. Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Fastov, Vışqorod və Buça rayonlarında gecəboyu bombardman davam edib. Hadisələr nəticəsində üç nəfər yaralanıb. Fastovda yanğınlar baş verib, dəmiryol vağzalı və avtobaza ciddi ziyan çəkib. Novi Petrovtsi kəndində pilotsuz uçan aparatların qalıqları 5,500 kvadratmetrlik anbarda yanğına səbəb olub. […]

Saatlıq əməkhaqqı gözləyir: Azərbaycanda yeni sistem təxirə salındı

Əmək Məcəlləsinə edilən son dəyişikliklərdə bir sıra yeniliklər diqqət çəkib: uşağın doğulması ilə bağlı atalara 14 günlük ödənişli məzuniyyət, distant işin hüquqi rəsmiləşdirilməsi və tələbələrin istehsalat təcrübəsi zamanı əmək müqaviləsi ilə təmin olunması kimi maddələr qanun layihəsinə əlavə edilib. Lakin uzun müddətdir müzakirə mövzusu olan saatlıq minimum əməkhaqqına keçid məsələsi bu dəfə də layihəyə daxil […]

Rusiyadan Avropaya sərt xəbərdarlıq

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin “Sky News”a müsahibəsində Avropa ilə Rusiya arasında müharibə riskinin real olduğunu bildirib. Onun sözlərinə görə, Britaniya rəsmilərinin Rusiyanın təhlükə yaratdığı barədə tez-tez səsləndirdiyi bəyanatlar bu gərginliyin fonunda meydana çıxır. Kelin vurğulayıb ki, Moskva Avropa ölkələrində artan silahlanma çağırışlarını diqqətlə izləyir və bunları narahatedici tendensiya hesab edir. Diplomat bildirib ki, […]

Qarabağ danışıqlarının gizli səhifələri

Ermənistanın “Xristian-Demokrat” Partiyasının sədr müavini Hayk Sukiasyan ölkənin keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanı Qarabağ münaqişəsi dövründə aparılan danışıqlara dair mühüm sənədləri ictimaiyyətdən gizlətməkdə ittiham edib. Sukiasyan bildirib ki, danışıqlar prosesi yalnız Köçəryanın dövrü ilə məhdudlaşmır və ondan əvvəlki mərhələlərə aid materiallar da ortada yoxdur: “Ter-Petrosyanın prezidentliyi dövründə aparılan danışıqların sənədləri haradadır? […]

Rusiya Zəngəzur dəhlizi planlarına qarşı çıxdı

Rusiya rəsmiləri Cənubi Qafqazda Moskva və Tehrandan yan keçən nəqliyyat marşrutlarının iqtisadi baxımdan səmərəli olmadığını və regional əməkdaşlığa zidd məqsədlər daşıya biləcəyini bildiriblər. Bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Dmitri Litskay açıqlama verib. O, son vaxtlar “Zəngəzur dəhlizi” və yaxud Qərbin təşviq etdiyi alternativ nəqliyyat yollarının fəal şəkildə gündəmə gətirildiyini xatırladıb. Diplomatın sözlərinə görə, bu […]