Browsing daily archive

Dekabr 4, 2025

Azərbaycanda ədəbiyyat sahəsində yeni prestijli mükafat təsis edilir

Azərbaycan Kitab Mükafatı 2026-cı ildən etibarən təqdim olunacaq. Bu barədə Mədəniyyət Nazirliyində gənc yazarlarla görüş zamanı nazir müavini Fərid Cəfərov məlumat verib. Yeni mükafat Prezident Fərmanı ilə təsdiqlənəcək və hər il yalnız bir laureat seçiləcək. Qalibə 50 min manat pul mükafatı, diplom və döş nişanı təqdim olunacaq. Həmçinin, qalib kitab 3000 tirajla çap olunacaq, iki […]

Qara Dənizdə gərginlik artıb

Türkiyə Müdafiə Nazirliyi Qara Dənizdə ticarət gəmilərinə yönəlmiş son hücumlarla bağlı açıqlama yayıb və bölgədə təhlükəsizliyin təmin edilməsi məqsədilə yeni addımların atıldığını bildirib. Nazirliyin sözçüsü Zəki Aktürk qeyd edib ki, Ukraynada baş verən münaqişənin yaratdığı dəniz təhlükələrinə qarşı regional məsuliyyət çərçivəsində bir sıra preventiv tədbirlər görülür. Onun sözlərinə görə, bu tədbirlər təhdidləri minimuma endirmək və […]

2026-cı ildə mart ayı rekord uzun tətil gətirir

2026-cı ildə mart ayı ardıcıl bayram və istirahət günləri ilə yadda qalacaq. Nazirlər Kabinetinin qərarına əsasən, 20–24 mart tarixləri Novruz bayramı kimi qeyd olunacaq. Bu il 21 və 22 martın həftəsonuna düşməsi səbəbindən, Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart da əlavə istirahət günü kimi müəyyən ediləcək. Ramazan bayramı isə gələn il martın 20–21-nə […]

Ata olmaq artıq daha sosial təminatlıdır

Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərinə uyğun olaraq Əmək Məcəlləsində yeni dəyişikliklərin edilməsi planlaşdırılır. Məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərə görə, Azərbaycan BƏT-in ratifikasiya etdiyi konvensiyalara uyğun olaraq Məcəlləyə “ailə vəzifələri olan işçi” və “minimum əməkhaqqı” kimi yeni anlayışların əlavə edilməsi nəzərdə tutulur. BƏT-in 165 nömrəli Tövsiyəsi […]

Mingəçevirdə dəm qazı faciəsi

Mingəçevir şəhərində baş verən dəm qazı faciəsi bir nəfərin ölümünə səbəb olub. Hadisə Əkinçi küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Məlumata görə, 63 yaşlı Əntiqə İsmayılova evdə tək olarkən dəm qazından zəhərlənib və onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Antarktidada ozon dəliyi rekord şəkildə bağlandı

Antarktida üzərindəki ozon dəliyi bu il gözləniləndən də tez bağlanıb və yaxın onilliklərdə ozon qatının tam bərpa olunacağına dair ümidləri artırıb. Bu barədə “Daily Mail” Kopernik Atmosferə Nəzarət Xidmətinin (CAMS) araşdırmasına istinadən məlumat yayıb. Məlumata görə, hər il yaranan ozon dəliyi dekabrın 1-də tamamilə bağlanıb. Bu, təkcə son illərə nisbətən daha erkən baş verməyib, həm […]