Browsing daily archive

Dekabr 3, 2025

Alqının pərdəarxası: sosial medianın saxta parıltısı və milli medianın gerçək dəyəri

Televiziyada yalnız “axmaq kadrları” axtarmalı deyilik, sosial mediada isə…Günümüzdə sosial media elə gücə sahib olub ki, bir görüntünü, bir fraqmenti, bir videokəsiyi götürüb saniyələr içində milyonlarla insanın qarşısına çıxara bilir. Bu sürət bəzən heyranlıq doğurur, bəzən isə adamı çaşdırır. Çünki çox vaxt bizə göstərilən gerçəyin özü yox, onun içindən seçilmiş uydurma parçasıdır.   Bir televiziya proqramından 20 saniyəlik gülünc bir səhnə tapır, kontekstdən […]

Gələn aydan avtomobillər bahalaşır: İdxal modellərində 20%-lik artım gözlənilir

Avtomobil bazarında qiymət artımı hələlik nisbətən zəif hiss edilsə də, gələn ilin əvvəlindən ciddi bahalaşma gözlənilir. Yanvar–fevral aylarında idxal olunan avtomobillərin qiymətinin təxminən 20 faiz artacağı proqnozlaşdırılır. Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bahalaşmanın əsas səbəbi ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlərin müddətinin başa çatmasıdır. “Güzəştlərin dayandırılması xüsusilə hibrid avtomobillərin qiymətinə birbaşa təsir edəcək”, […]

Azərbaycanın Təbrizdəki yeni Baş konsulu fəaliyyətə başlayıb

Azərbaycanın Təbriz şəhərindəki yeni Baş konsulu Taleh Zöhrabov dünəndən etibarən rəsmi şəkildə diplomatik fəaliyyətinə start verib. Bununla əlaqədar əvvəlki Baş konsul Əliyənnağı Hüseynov geri çağırılıb. Məlumatı “Azad İran” teleqram kanalı yayıb. Bildirilib ki, Taleh Zöhrabov fəaliyyətə başladığı ilk gün İran Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Azərbaycan–İran ikitərəfli münasibətləri, regional əməkdaşlığın inkişafı, […]

Xəzərin səviyyəsi sürətlə azalır

Xəzər dənizində səviyyənin enməsi davam etdiyi üçün Azərbaycanın bəzi sahil zonalarında landşaft nəzərəçarpacaq dərəcədə dəyişir. Aparılan peyk müşahidələri suyun geri çəkilmə dinamikasını, sahil xəttinin dəyişməsini və dənizin altından üzə çıxan torpaq sahələrinin həcmini dəqiq şəkildə göstərir. Azərbaycan Respublikasının Kosmik Agentliyinin CİS Mərkəzinin direktoru İsmət Baxışovun Azərtac-a verdiyi məlumata görə, Xəzərin şimal hissəsində — dərinliyin daha […]

Moldova–Rusiya münasibətlərində yeni gərginlik

Moldova Prezidenti Maya Sandu Kişinyovda fəaliyyət göstərən “Rus Evi” mədəniyyət mərkəzinin bağlanması ilə bağlı fərman imzalayıb. Bununla yanaşı, Moldova ilə Rusiya arasında 1998-ci ildən qüvvədə olan mədəniyyət mərkəzlərinin yaradılması və işi ilə bağlı saziş də rəsmən denonsasiya olunub. Moldovanın mədəniyyət naziri Kristian Jardan daha əvvəl bildirib ki, Rusiya–Ukrayna müharibəsindən sonra “Rus Evi” ölkədə mədəni layihələrdən […]

NATO–Rusiya münasibətlərində yeni mərhələ

NATO Baş katibi Mark Rütte dekabrın 3-də alyansa üzv ölkələrin xarici işlər nazirləri ilə keçirilən görüşdə Rusiya–NATO Şurasının ləğv ediləcəyini açıqlayıb. Bu barədə məlumatı Brüsseldə keçirilən iclasdan sonra Polşanın xarici işlər naziri Radoslav Sikorski mediaya verib. Onun sözlərinə görə, həm Rusiya–NATO Şurası, həm də iki tərəf arasında münasibətləri tənzimləyən Rusiya–NATO Təsis Aktı artıq hüquqi və […]