Browsing monthly archive

Dekabr 2025

Mingəçevirdə Həmrəylik Günü və Yeni il coşqu ilə qeyd olundu

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Mingəçevir şəhəri Heydər Əliyev meydanında bayram tədbiri keçirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, icra aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər bələdiyyəsinin üzvləri, Mingəçevir Dövlət Universitetinin nümayəndələri və kollektivi, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatı, idarə […]

Güzgü Qarşısındakı Tələ

Müasir dövrdə sosial şəbəkələri açmaq kifayətdir ki, “mükəmməl bədən” təbliğatı ilə üz-üzə qalasan. Hər yerdə “bir həftədə 10 kiloqram atmaq”, “möcüzəvi arıqlama çayları” və ya “sehirli həblər” kimi şüarlar gənclərin şüuruna yeridilir. Xüsusilə gənc qızlar və oğlanlar, cəmiyyətin və ekranların diktə etdiyi qəliblərə sığmaq üçün sağlamlıqlarını heçə sayırlar. Lakin unudulan bir həqiqət var: sürətli arıqlamaq […]

Yeni ildən təbii qazın qiymətində gözlənilirmi?

Beynəlxalq proqnozlara əsasən, 2026-cı ildə qlobal mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı təxminən 10 faiz artaraq 490 milyon tona yüksələcək. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu göstərici 446 milyon ton təşkil edib. Bu barədə “S&P Global Energy” agentliyinin növbəti il üzrə açıqladığı hesabatda bildirilib. Proqnozlara görə, 2026-cı ildə enerji bazarına təsir edən əsas amillər […]

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Hindistandakı səfirliyində bayram tədbiri

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Hindistandakı səfirliyində bayram tədbiri təşkil edilib. Mərasimdə səfirliyin əməkdaşları və onların ailə üzvləri ilə yanaşı, Nyu-Dehlidə yaşayan və paytaxtda səfərdə olan azərbaycanlılar iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu əlamətdar gün dünyanın […]

Bayram günlərinin iş qrafiki

31 dekabr–4 yanvar tarixlərini əhatə edən qeyri-iş günlərində ölkə üzrə bankların filial və şöbələri, həmçinin “Azərpoçt” MMC-nin poçt şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyətini davam etdirəcək. Məlumat Azərbaycan Mərkəzi Bankına istinadən yayılıb. Bildirilib ki, bayram günlərində həm yerli vətəndaşların, həm də Azərbaycana səfər edən turistlərin valyuta mübadiləsi xidmətlərinə fasiləsiz çıxışının təmin olunması məqsədilə xüsusi iş […]

Qarabağdan köçən ermənilər Ermənistanı da tərk edir

2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra Ermənistan ərazisinə könüllü köç edən ermənilər ölkəni kütləvi şəkildə tərk etməyə başlayıblar. Onların böyük hissəsi Rusiya və Avropa ölkələrinə üz tutur. Ekspertlərin fikrincə, bu miqrasiyanın əsas səbəblərindən biri yerli ermənilərlə Qarabağdan gələnlər arasında uzun müddətdir davam edən qarşılıqlı narazılıqlardır. Bu gərginlik gündəlik məişət səviyyəsində […]

Rektor Anar Eminovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbriki

Hörmətli Mingəçevir şəhər sakinləri! Əziz universitetimizin professor-müəllim heyəti, əməkdaşları və tələbələri! Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni İl münasibətilə Mingəçevir Dövlət Universitetinin kollektivi və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Bu əlamətdar günlər bütün dünya azərbaycanlılarını eyni amal, eyni milli kimlik və Vətən sevgisi ətrafında birləşdirən mənəvi körpüdür. Həmrəylik […]

Mingəçevirlilər və şəhər qonaqları 2026-cı ili hansı məkanlarda qarşılayacaq?

Son illərdə ölkənin bölgələrində də paytaxtda olduğu kimi Yeni il şənliklərinin evdə deyil, kafe və restoranlarda keçirilməsi tendensiyası güclənib. Mingəçevirlilər də bu ənənəyə qoşulur: əksəriyyət bayram gecəsini restoranlarda qeyd etmək niyyətindədir. Bu səbəbdən şəhərin tanınmış istirahət məkanlarında Yeni il hazırlıqları maraqla izlənilir. Şəhərin populyar məkanlarından biri olan “Çinar” restoranı ənənəvi olaraq bayram süfrələrinə ev sahibliyi […]

Avropada rəqəmsal təhlükəsizlik gündəmdə

Almaniyada uşaqların sosial mediadan istifadəsinin qadağan olunması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Ölkənin rəqəmsal texnologiyalar naziri Karsten Vildberger bu istiqamətdə sərt tədbirlərin görülməsini dəstəklədiyini açıqlayıb. “Euractiv” saytının məlumatına görə, hazırda Almaniyada sosial mediadan istifadə üçün minimum yaş həddinin müəyyənləşdirilməsi ətrafında müzakirələr aparılır. Nazir bildirib ki, uşaqların sosial mediadan qorunması zəruridir və bu məsələ Avropa miqyasında […]

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığa dövlət dəstəyi genişlənir

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara 2025-ci ilin dekabr ayınadək ümumilikdə 45,6 milyon manat məbləğində güzəştli kredit təqdim edilib. Azərbaycan Biznesinin İnkişafı Fondundan (ABİF) verilən məlumata görə, sahibkarların bank və bank olmayan kredit təşkilatlarından cəlb etdikləri kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanəti təmin olunur. Bununla yanaşı, həmin kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz […]