Browsing monthly archive

Noyabr 2025

2025-ci ilin yanvar-iyun aylarında muzdla işləyənlərin sayı və əməkhaqqı

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 2025-ci ilin yanvar-iyun aylarında 12385 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 8926 nəfər (72,1 faiz), qeyri-dövlət sektorunda isə 3459 nəfər (27,9 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 0,05 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 8,82 faizi emal sənayesi, 9,96 faizi elektrik enerjisi, qaz […]

2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlər

2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 faiz artaraq 53185,3 min manat olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri Əvvəlki ilin müvafiq dövrünə nisbətən, müqayisəli qiymətlərlə, faizlə Əhaliyə göstərilən ödənişli xidmətlər o cümlədən hüquqi şəxslər üzrə fiziki şəxslər üzrə 2024-cü il Yanvar-mart 105,8 106,7 105,4 […]

2025-ci ilin yanvar-iyun aylarında ictimai iaşə xidmətləri

2025-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,3 faiz artaraq 7107,5 min manat olmuşdur. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 4,1 faizi hüquqi şəxslərin, 95,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə […]

Mingəçevirdə 2025-ci ilin yanvar-iyun aylarında əmtəə bazarının əsas göstəriciləri

2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrində istehlak malları satışının 79,5 faizi və ya 221587,2 min manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,5 faizi və ya 57020,4 min manatı isə qeyri-ərzaq mallarının payına düşmüşdür. 2025-ci ilin yanvar-iyun aylarında əsas fəaliyyəti pərakəndə ticarət olan şəbəkələrdən 58246,2 min manatlıq əmtəə satılmış və digər sahələr (sənaye, kənd […]

Dövlət qulluqçularının maaşı artıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov dövlət qulluqçularının maaşı ilə bağlı məlumat verib. Onun sözlərinə görə, hazırda ölkədə 27,4 min dövlət qulluqçusu fəaliyyət göstərir və onların 30,3%-i qadınlardır. Ötən il dövlət qulluqçularının orta aylıq əməkhaqqı 2% artaraq 1971 manata çatıb. Deputat bildirib ki, bu il həyata keçirilən sosial paket dövlət qulluqçularının […]

Dekabr ayında deputatlarla görüş imkanı

Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci ilin dekabr ayı üçün deputatların vətəndaş qəbulu cədvəli açıqlanıb. Sənəddə 123 deputatın görüş vaxtı və yeri əksini tapıb. Vətəndaşlar qəbul saatları və yerləri haqqında daha ətraflı məlumat almaq və görüş üçün əvvəlcədən qeydiyyatdan keçmək məqsədilə cədvəldə göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. Cədvəl ilə tanış olmaq üçün rəsmi linkə […]

Mingəçevirdə 2025-ci ilin yanvar-iyun aylarında informasiya və rabitənin əsas göstəriciləri

Bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 43,1 faiz artaraq 1263,7 min manat təşkil etmişdir. İnformasiya və rabitə xidmətlərindən əldə edilən gəlirin 1192,2 min manat və ya 94,3 faizi dövlət, 71,5 min manat və ya 5,7 faizi isə qeyri-dövlət sektorunun fəaliyyəti […]

Hərbi Xidmətdə Yenilik

Milli Məclisin bu gün keçirilən iclasında zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin qısaldılmasına dair qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, ehtiyatdan çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə xidmət müddəti 6 ay azaldılacaq. Hazırda qüvvədə olan qanuna görə, ehtiyatdan çağırılan və ya könüllü xidmətə daxil olan zabitlər […]

Kəlbəcərdə Tarixi Gün

Noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü tədbiri keçirilir. Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidentinin Kəlbəcər rayonundakı xüsusi nümayəndəliyi tərəfindən təşkil olunub. Şəhər Günü çərçivəsində tamaşa nümayişləri, sərgilər, təsviri sənət üzrə ustad dərsləri, konsert proqramı və atəşfəşanlıq tədbirləri təşkil ediləcək. Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi […]

Azərbaycan qazına qoyulan qadağa Milli Məclisdə müzakirəyə çıxarıldı

Milli Məclisin plenar iclasında Azərbaycanın enerji siyasəti və qaz ixracına dair mühüm məsələlər gündəmə gətirilib. Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev həmkarı Səməd Seyidova ölkəmizin qaz satışına bəzi maneələrin yaradılması ilə bağlı sual ünvanlayıb. Deputat qeyd edib ki, ABŞ-ın müəyyən addımları Yunanıstan vasitəsilə Azərbaycan qazının Ukraynaya satışını çətinləşdirib. O, həmkarından bu […]