Browsing monthly archive

Noyabr 2025

Daxili İşlər Nazirliyindən vətəndaşlara böyük rahatlıq

Vətəndaş məmnunluğunu artırmaq və xidmətlərin daha çevik göstərilməsini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyi elektron xidmətlərini təkmilləşdirməyə davam edir. Artıq “E-Polis” mobil tətbiqində və “e-xidmet.mia.gov.az” portalında “Məhkumluq haqqında arayış” gücləndirilmiş elektron imza ilə cəmi bir neçə saniyə ərzində elektron qaydada əldə edilə bilər. Əvvəllər bu arayış üçün sənədlərin təqdim edilməsi, yoxlanılması və arayışın hazırlanması səbəbindən […]

Onlayn təhsil adı ilə fırıldaq

Sosial şəbəkələrdə “endirimli onlayn xarici dil kursu” elanları paylaşaraq vətəndaşları aldadan 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, o, təsisçisi olduğu “iamzerv academy” adlı səhifədə xarici dil kurslarını bazar qiymətindən xeyli ucuz təklif edib. Elanlara inanan şəxslər 50–600 manat aralığında vəsaiti A.İsmayılovun hesabına köçürüblər. Pul köçürüləndən sonra isə “müəllim” […]

Veteranlara torpaq verilsin, 80 manat ləğv edilsin – Yeni təklif gündəmdə!

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Qarabağ qaziləri və müharibə veteranları ilə bağlı yeni təşəbbüs irəli sürüb. Onun fikrincə, hər bir veteran azad edilmiş ərazilərdə torpaq payı ilə təmin olunmalı, bunun əvəzində hazırda verilən 80 manatlıq aylıq ödəniş ləğv edilməlidir. Natiq Cəfərli bildirib ki, türklərin və digər qədim xalqların ənənəsində hər bir qalib döyüşçü zəfərdən […]

2026-cı ilin büdcə proqnozu açıqlandı

2026-cı ildə Azərbaycanın dövlət büdcəsində neft gəlirlərinin azalacağı, qeyri-neft sektorundan daxilolmaların isə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, gələn il büdcə gəlirlərinin 42,6 faizi və ya 16 milyard 435 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22 milyard 174 milyon manatı isə qeyri-neft sektorunun payına düşəcək. […]

Ermənistanda Azərbaycan dili tədris olunacaq – Bakıdan maraqlı təklif

Ermənistanın üç dövlət məktəbində 2025–2026-cı tədris ilindən etibarən Azərbaycan dili kursları təşkil olunacaq. Yeni proqram çərçivəsində 10–12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Kurslar könüllü əsasda həyata keçiriləcək və müəllimlərin mövcudluğundan asılı olacaq. Maraqlı sual yaranır: Azərbaycanda da oxşar addım atılaraq, məktəblərdə erməni dilinin […]

Orduda maliyyə şəffaflığının artırılması istiqamətində yeni addım

Azərbaycanda əsgərlərin maaşları bundan sonra bank kartları vasitəsilə ödəniləcək. Bu məqsədlə xüsusi “əsgər kartları” hazırlanıb və onların hərbi qulluqçulara paylanmasına artıq başlanılıb. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, yeni sistem orduda maliyyə şəffaflığının təmin edilməsinə xidmət edir:Əvvəllər əsgərlərə maaş cədvəllər üzrə, imza qarşılığında verilirdi. İndi isə “əsgər kartı” vasitəsilə elektron ödəniş sistemi […]

Türk dünyası üçün tarixi hadisə

4 noyabr 2025-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk dünyası üçün mühüm bir hadisə baş tutacaq.Türk Mədəniyyəti və İrsi Fondu ilk dəfə olaraq türk sivilizasiyasının zənginliyini və dərin köklərini əks etdirən unikal layihələri təqdim edəcək. Təqdimat çərçivəsində iki böyük layihə diqqətə çatdırılacaq: Türk Dövlət Başçılarının qəbul etdiyi “Türk […]

İki evdən külli miqdarda oğurluq hadisəsi

Qax rayonunda yerləşən iki fərdi yaşayış evindən oğurluq edilib. Axşam saatlarında evlərə daxil olan naməlum şəxs təxminən 100 min manat nağd pul və 25 min manat dəyərində qızıl-zinət əşyalarını talayaraq ələ keçirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, 32 yaşlı Elçin Rəşidov […]

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni istedadlar axtarır

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərinin növbəti mərhələsinə qeydiyyat başlayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin “Technion” Texnologiya İnstitutunun birgə təşəbbüsü olan proqram ölkədə kibertəhlükəsizlik üzrə yeni mütəxəssislərin hazırlanmasını hədəfləyir. Bu mərhələdə Mərkəz ilk dəfə olaraq xüsusi fürsət təqdim edir – proqramı uğurla başa vuran iştirakçılar arasında ən yüksək nəticə göstərən […]

DİN xəbərdarlığı

Texnologiya irəli gedir, fırıldaqçılar da taktikasını yeniləyir. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək xatırladır ki, heç vaxt bank kartınızın tam nömrəsini, PIN, CVV, OTP/ SMS-kod və ya onlayn bank hesabınızın parolunu kənar şəxslərə verməyəsiniz. Bank əməkdaşları və ya rəsmi qurumlar belə məxfi məlumatları tələb etmir. Fırıldaqçıların istifadə etdiyi ümumi sxemlərə çağırış zəngləri, qısa mesajlar və […]