Browsing monthly archive

Noyabr 2025

“Aztelekom” və “Azercell” əməkdaşlığında yeni mərhələ

“Azercell Telekom” MMC-yə məxsus mobil tətbiqin “Yardım və Dəstək” bölməsinə “Aztelekom” MMC-yə aid yeni bölmə əlavə edilib. Yeni bölmədə istifadəçilər “Aztelekom”un xidmətlərinə dair “Qoşulma şərtləri”, “Sənədlər” və “Ödəniş üsulları” barədə məlumat əldə edə bilirlər. “Azercell”in verdiyi məlumata görə, bu addım iki şirkət arasında mövcud əməkdaşlıq çərçivəsində atılıb və məqsəd “Aztelekom” xidmətlərini daha rahat və əlçatan […]

2026-cı büdcədən sosial dəstək planı

Keçmiş məcburi köçkünlərə aylıq müavinətlərin verilməsi üçün ayrılan vəsaitin həcmi açıqlanıb. Bu barədə Maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib. Nazir müavininin sözlərinə görə, növbəti il müavinət və təqaüdlərin ödənilməsi üçün ümumilikdə […]

2026-cı ildə sosial ödənişlərin məbləği və əhatə dairəsi genişlənəcək

Əvvəlki illərdə olduğu kimi, 2025 və 2026-cı illərdə də əvəzetmə əmsalı — yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbəti — müvafiq olaraq 49% və 50,4% səviyyəsində olacaq. Bu göstəricilər Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında Konvensiyasına tam cavab verir. Bunu Milli Məclisin Əmək və sosial siyasət, həmçinin İqtisadi siyasət, sənaye və […]

Yevlaxda müəmmalı ölüm hadisəsi

Yevlax şəhərində yerləşən “Həmdəm” hotelində 37 yaşlı Elkin Zakir oğlu Kərimli həyatını itirib. Məlumata görə, hadisə onun dərmandan zəhərlənməsi nəticəsində baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.

2026-cı ilin sosial göstəriciləri açıqlandı

Milli Məclisdə müzakirəyə çıxarılan “2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn ildən yaşayış minimumu 15 manat artaraq 300 manat müəyyən ediləcək. Əmək qabiliyyətli əhali üçün bu rəqəm 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat olacaq. Qanun layihəsi qəbul ediləcəyi halda, 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

2026-cı ilin dövlət büdcəsində yeni istiqamət

2026-cı il üçün dövlət büdcəsində proqnozlaşdırılan subsidiyalar səkkiz funksional sahəni əhatə edəcək. Lakin cari ildən fərqli olaraq, gələn il “Sosial müdafiə və sosial təminat” bölməsi üzrə subsidiyaların ayrılması nəzərdə tutulmur. Bu barədə məlumat Hesablama Palatasının 2026-cı il dövlət büdcəsinin layihəsinə verdiyi rəydə yer alıb. Sözügedən bölmə üzrə subsidiyanın planlaşdırılmaması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə […]

Pensiya artımı 2026-cı ilin əsas sosial yeniliyi olacaq

Gələn il pensiyalar artacaq — orta məbləğ 580 manata yaxınlaşır 2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin həcmi 7 milyard 992,88 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisi ilə müqayisədə 782,35 milyon manat və ya 10,85 faiz çoxdur. Bu barədə məlumat “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində öz […]

Azərbaycanda gəlir vergisi ilə bağlı mühüm qərar qəbul edildi

“Bildiyiniz kimi, 2026-cı ildə vergilərə tətbiq edilən güzəşt müddəti başa çatırdı. Hökumət tərəfindən müvafiq addım atılmasaydı, gələn ildən 14 və 25 faizlik dərəcələr qüvvəyə minəcəkdi. Lakin yeni qərara əsasən, 2500 manata qədər əməkhaqqından cəmi 3 faiz gəlir vergisi tutulacaq. Dünyada çox az ölkədə bu qədər aşağı dərəcə mövcuddur,” – bunu maliyyə naziri Sahil Babayev Milli […]

Səhiyyə nazirindən nümunəvi addım

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu öz orqanlarını “e-Nabız” sistemi vasitəsilə rəqəmsal şəkildə bağışlayıb.Nazir bildirib ki, orqan bağışlanması insan həyatını xilas edən ən vacib humanist addımlardan biridir. “Bizim inancımıza görə, bir həyatı xilas etmək bütün dünyanı xilas etmək kimidir. Bu anlayışı cəmiyyətə daha geniş izah etməliyik”, – deyə Memişoğlu qeyd edib. Səhiyyə naziri həmçinin vurğulayıb ki, […]

Azərbaycan nümayəndə heyəti İrəvanda – Sülh dialoqunda yeni mərhələ

Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan İrəvanda keçirilən “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” Forumunda bildirib ki, sülhün alternativi yoxdur və bu, təkcə dayanıqlı inkişafın məqsədi deyil, həm də ilkin şərtidir. O qeyd edib ki, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanması region üçün dönüş nöqtəsi […]