İnterferensiya edək.
Necə deyərlər, fikirlərin müzakirəsi şərtdir.
Browsing monthly archive
Necə deyərlər, fikirlərin müzakirəsi şərtdir.
Hemofiliya irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi bundan sonra icbari tibbi sığorta vəsaiti hesabına həyata keçiriləcək. Bu barədə dəyişiklik “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsində öz əksini tapıb. Sənəd 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil edilib və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü […]
Media subyektlərinin fəaliyyətlərindən əldə etdikləri gəlirlərin vergi güzəşti müddəti artırılacaq. Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Təklifə əsasən, audiovizual media subyektləri istisna olmaqla, media qurumlarının fəaliyyətlərindən əldə etdikləri gəlirlər – o cümlədən reklam gəlirləri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən […]
Yaşayış sahələrini kirayə verən şəxslər üçün yeni vergi tələbi müəyyənləşdirilir. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, fiziki şəxslərə məxsus mənzillərin (mehmanxanalar və mehmanxana tipli obyektlər istisna olmaqla) digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlir 10 faiz dərəcə ilə vergiyə cəlb ediləcək. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə […]
Azərbaycan artıq Ermənistana yüklərin tranzit daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib. O xatırladıb ki, Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstana dövlət səfəri zamanı bu barədə bəyanatla çıxış etmişdi. Dövlət başçısının sözlərinə görə, işğal dövründən bəri qüvvədə olan […]
Azərbaycan məktəblərində tədris olunan tarix dərsliklərinə bir sıra dəyişikliklər edilib. Tarix dərsliklərinin müəllifi Ramil Tanrıverdi “Təhsil TV”də yayımlanan “Xüsusi buraxılış” verilişində bildirib ki, yeni dərsliklərdə Atropatena dövlətinin süqutu ilə bağlı məlumat fərqli şəkildə təqdim olunur. “Vaxtilə dərsliklərdə Atropatena dövlətinin süqutu belə göstərilirdi: sonuncu hökmdar Ariovastın ölümündən sonra dövlət müstəqilliyini itirir və süquta uğrayır. Əslində isə […]
Gürcüstanın paytaxtı Tbilisidə mağazaların birində etnik azərbaycanlı gənc döyülüb. Hadisə zamanı ona qarşı “ölkənə get” kimi təhqiredici ifadələr səsləndirilib. Məlumata görə, insident zamanı Marina Giorgobiani adlı qadın supermarketin iki əməkdaşını — 2006-cı il təvəllüdlü T.M. və 2004-cü il təvəllüdlü E.M.-i təhqir edib. Daha sonra qadın tanışı, 1996-cı il təvəllüdlü J.Ç.-ni köməyə çağırıb. J.Ç. bir neçə […]
Moldovanın yeni hökuməti Kişinyovda fəaliyyət göstərən Rusiya Elmi və Mədəniyyət Mərkəzinin (“Rus evi”) bağlanması barədə qərar qəbul edib. Qərar Baş nazir Aleksandr Munteanunun rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin ilk iclasında təsdiqlənib. Mədəniyyət naziri Kristian Jardyanın təqdim etdiyi qərar layihəsinə əsasən, “Rus evi” 1998-ci il oktyabrın 30-da Moskva şəhərində imzalanmış Moldova–Rusiya sazişi çərçivəsində yaradılmışdı. Həmin saziş […]
Azərbaycanda istilik xidmətinə görə abonentlərin ümumi borcu 4 milyon 444 min 523 manata çatıb. Bu barədə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı məlumat verib. Onun sözlərinə görə, qurumun balansında olan 1000 kilometrdən artıq istilik xətləri yeni mövsümə hazırlıq çərçivəsində dəfələrlə hidravlik sınaqlardan keçirilib. Axıntı və qəza riski müəyyən edilən sahələrdə cari və əsaslı təmir-bərpa işləri […]
Azərbaycanda hazırda yalnız 5 və daha çox uşağı olan analar üçün pensiyaya 5 il tez çıxmaq hüququ mövcuddur. Lakin ölkədə bu sayda uşağı olan ailələrin azlığı səbəbindən, güzəştin daha geniş kateqoriyaya şamil edilməsi təklifi səsləndirilib. Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında çıxış edən deputat Əli […]