Browsing monthly archive

Noyabr 2025

Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak marağı artır

Oktyabr ayında Türkiyədə əcnəbilərə ümumilikdə 2 106 ev satılıb. Azərbaycan vətəndaşları isə qonşu ölkədən 96 daşınmaz əmlak alaraq ötən ilin eyni ayı ilə müqayisədə 23,08% artım göstəriblər. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, oktyabrda ümumi xarici vətəndaşlara satış əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,8% azalıb. Yanvar-sentyabr dövründə isə əcnəbilərə mənzil satışı 11,3% azalaraq 17 […]

Medianın İnkişafı Agentliyi onlayn media subyektləri üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək məqsədilə yeni müsabiqə elan edib. Müsabiqədə yalnız Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu onlayn kütləvi informasiya vasitələri iştirak edə bilər. İştirak etmək üçün müraciət və sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə təqdim edilməlidir. Media subyektlərinin heyəti ən azı bir məsul redaktor və üç jurnalist olmaqla dörd […]

Axtarış başa çatdı – 20-ci şəhidin də nəşi tapıldı

Azərbaycan hava məkanından havaya qalxan və Gürcüstan–Azərbaycan sərhədinə yaxın ərazidə qəzaya uğrayan Türkiyə ordusuna məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin axtarış-xilasetmə əməliyyatı başa çatıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin qalıqlarında aparılan axtarışlar nəticəsində 20-ci şəhidin də nəşi tapılıb. Beləliklə, təyyarədə olan bütün 20 hərbi qulluqçunun cəsədləri aşkar olunub. Qeyd edək ki, hadisə hərbçilərin vətəndaşlara, […]

Sosial Müdafiə və FHN əməkdaşlığı

Əlilliyi olan şəxslər üçün erkən xəbərdarlıq sistemi, SMS xidməti və məlumatlandırma tətbiqləri yaradılacaq. Modern.az xəbər verir ki, bu addım Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 2025-2030-cu illər üzrə imzalanmış Birgə Fəaliyyət Planında nəzərdə tutulub. Plan çərçivəsində əlilliyi olan və onlara qulluq edən şəxslər üçün fövqəladə hallarda davranış qaydaları ilə […]

Demoqrafik xəbərdarlıq

Son 10 ildə Azərbaycanın əhali strukturu əhəmiyyətli dəyişikliklər göstərir. Hesablama Palatasının məlumatına görə, yaşlıların (65+) sayı sürətlə artır, gənc nəsil isə kifayət qədər çoxalmır. Əmək qabiliyyətli yaşda olan hər 100 nəfərə düşən 65+ yaşlıların sayı belədir: 2021-ci il – 12,7, 2022 – 13,6, 2023 – 14,7, 2024 – 16 nəfər. Bu isə pensiya sisteminə düşən […]

Vətəndaşlar artıq iş yerinə dair arayışı birbaşa “myGov” platformasından əldə edə biləcəklər

“myGov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir yeni xidmət təqdim olunub. Artıq “İş yerinə dair arayışın alınması” xidməti birbaşa “myGov” portalında da aktivdir. Bu yenilik İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb. Yeni xidmət vasitəsilə vətəndaşlar iş yerlərinə dair arayışı birbaşa “myGov” üzərindən əldə edə […]

Yeni dini icma Azərbaycanda fəaliyyətə başlayır

ABŞ mənşəli İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi Azərbaycanda rəsmi qeydiyyata alınıb. Bu münasibətlə bu gün kilsənin Bakı ofisinin açılış mərasimi keçiriləcək. Hazırda ölkəmizdə səfərdə olan kilsə nümayəndə heyətini Prezident İlham Əliyev qəbul edib. Heyətə “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq […]

Neft bazarında dəyişiklik

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,35 ABŞ dolları və ya 3,47 faiz ucuzlaşaraq 65,43 ABŞ dolları olub. Azərbaycanın 2025-ci il dövlət büdcəsində 1 barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Qeyd edək ki, “Azeri Light” neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də — 15,81 ABŞ […]

Yeni qaydalar açıqlanıb

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi növbəti mövsümdən etibarən zəvvarlara yeni tələblər tətbiq edəcək. Yeni qaydaya əsasən, Həcc vizası verilərkən zəvvarlardan sağlamlıq sertifikatı tələb olunacaq. Bu sənəd Həcc bürosu və tibbi missiyanın məsul şəxsi tərəfindən təsdiqlənməli, həmçinin “Masar” platformasında elektron şəkildə qeydiyyata alınmalıdır. Məlumata görə, qurbanlıq heyvanın alınması və kəsilməsi “Adahi” platforması və Həcc büroları […]

Təyyarə qəzası ilə bağlı araşdırma davam edir

Gürcüstan ərazisində qəzaya düşən C-130 tipli hərbi nəqliyyat təyyarəsinin “qara qutusu” araşdırma məqsədilə Türkiyəyə göndərilib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xatırladaq ki, bir neçə saat əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan təyyarənin “qara qutusu”nun tapıldığını açıqlamışdı. Hazırda qəzanın başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.