Browsing daily archive

Noyabr 26, 2025

Qeyri-formal məşğulluqda sığorta yeniliyi

Qeyri-formal məşğulluq çərçivəsində çalışan şəxslər icbari tibbi sığorta üzrə sığortalı qismində çıxış edəcək və bunun üçün aylıq 16 manat ödəniş etməli olacaqlar. Qanun layihəsi artıq birinci oxunuşdan keçib, lakin bir çox suallar hələ də cavabsız qalır: “qeyri-formal məşğulluğun təsir dairəsinə düşənlər” kimləri əhatə edir? İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, qeyri-formal işçilər faktiki olaraq […]

Azərbaycanda hərbi xidmət müddəti azaldıla bilərmi? – Deputatlar və ekspertlərdən AÇIQLAMA

Azərbaycanda həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi yenidən gündəmə gəlib. Bir sıra ölkələrdə bu istiqamətdə aparılan islahatlar, o cümlədən Ermənistanın hərbi xidmət müddətini azaltması Azərbaycanda da müzakirələri aktivləşdirib. Hazırda ölkəmizdə ali təhsilli şəxslər üçün xidmət müddəti 1 il, ali təhsili olmayanlar üçün isə 1 il 6 aydır. Deputat nə deyir?Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya […]

Polis ideoloji təbliğatın qarşısını aldı

Sosial şəbəkələrdə bir qrup şəxsin SSRİ bayraqları ilə yürüş təşkil etməyə çalışdığı videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi dərhal müdaxilə edərək, təşkilatçılar Abdulla İbrahimli, İbrahim Əsədli və digər iştirakçıları müəyyən edib saxlayıb. Onlar barəsində cinayət işi başlanıb. İlkin araşdırmalara görə, şəxslər başqa bir dövlətin dəstəyi ilə ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərib, vaxtaşırı toplantılar keçiriblər. […]

Toylarda yerli ət yerinə Monqolustan və Ukrayna ətindən istifadə edilir

Bakıdakı bir sıra restoran və şadlıq evlərində toy mərasimlərində yerli məhsul kimi təqdim olunan ətlər əslində Monqolustandan gətirilən qoyun və Ukraynadan gətirilən mal ətidir. Bu ətlər restoranlar üçün daha ucuz başa gəldiyindən tikəkabab, lüləkabab, basdırma və digər yeməklərdə istifadə olunur. Adi günlərdə də bu ətlərdən müştərilər üçün yemək hazırlanmasında istifadə edilir. Azad İstehlakçılar Birliyinin sədri […]

Xəstəxanada iynə vurulan qadın vəfat etdi

Noyabrın 25-də Sumqayıt şəhərində baş verən faciəli hadisə şəhər sakinlərini sarsıdır. 72 yaşlı Nigar Babaxanova 3 saylı ailə sağlamlıq klinikasında ona vurulan iynənin təsiri nəticəsində dünyasını dəyişib. Hadisənin başvermə səbəbləri araşdırılır və müvafiq ekspertizalar həyata keçirilir. Klinikada hazırda hadisənin bütün detalları öyrənilir.

Arvadını qətlə yetirib xaricə qaçan şəxs tutuldu

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən çıxan şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində 1969-cu il təvəllüdlü Rüstəm İbrahimovun hadisəni törətdikdən sonra əvvəlcə Türkiyə vasitəsilə, sonra isə Çinə getdiyi müəyyən edilib. Azərbaycan və Çin hüquq-mühafizə orqanlarının birgə əməliyyatı ilə R. İbrahimov […]

SİMA İmza Yeni Funksiya Tətbiq Etdi: QR ilə Təhlükəsiz İmza Paylaşımı

“SİMA İmza” rəqəmsal imzasına yeni QR paylaşım funksiyası əlavə olunub. Bu yenilik sayəsində imza sahibi imza səlahiyyətini tək istifadəlik olmaqla digər şəxslərə — mühasib, məsul əməkdaş və ya başqa nümayəndələrə — tam təhlükəsiz şəkildə yönləndirə bilir. Yeni imkan sənəd dövriyyəsini sürətləndirir, vaxt itkisini minimuma endirir və proseslərin daha çevik idarə olunmasına şərait yaradır. Funksiyanın necə […]

Sosial şəbəkədə təhqir və qeyri-etik davranışlara sərt cəza gəlir

Azərbaycanda “xırda xuliqanlıq” anlayışının məzmunu genişləndirilir və bununla bağlı İnzibati Xətalar Məcəlləsinə, həmçinin “İnformasiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif olunub. Məsələ Milli Məclisin müvafiq komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərə əsasən, ictimaiyyətə açıq şəkildə hörmətsizlik nümayiş etdirən davranışlar da xırda xuliqanlıq kimi qiymətləndiriləcək. Bu cür hərəkətlərə görə 50–100 manat cərimə və zəruri […]