2025-ci ilin 6 ayında Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2025-ci ilin yanvar-iyun aylarında fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 294366,3 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 16,9 faiz çox ümumi məhsul istehsal edilmişdir. Sənaye sahəsində 2025-ci ilin yanvar-iyun aylarında 184574,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 25,6 faiz çox sənaye […]