Browsing daily archive

Noyabr 21, 2025

Gələn il pensiyalarda artım olacaq

2026-cı il üçün əmək pensiyalarının maliyyələşdirilməsi məqsədilə ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% çox nəzərdə tutulub. Bunun 81,2%-i, yəni 635,6 milyon manatı indeksasiyaya ayrılacaq, qalan hissə isə yeni təyin olunan və ya yenidən hesablanmış pensiyaların maliyyələşdirilməsi üçün istifadə olunacaq. Bu barədə Milli Məclisin bugünkü iclasında “Dövlət sosial […]

Yaş sərhədi təhsilə mane ola bilməz

62 yaşlı Rəhman Cəlilov Mingəçevir Dövlət Universitetindən məzun olub.Universitetin yaydığı məlumatda bildirilir ki, bu gün ona bakalavriat səviyyəsi üzrə diplom təqdim edilib.O, Mingəçevir Dövlət Universitetində “İqtisadiyyat” ixtisası üzrə qiyabi təhsil alıb.Qeyd olunur ki, Rəhman Cəlilov əvvəlcə kollec təhsilini başa vurmuşdur. Hazırda o, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində işləyir.

Qazaxıstan-Ermənistan münasibətləri yeni səviyyəyə yüksəldi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan Baş naziri Nikol Paşinyanı “Qızıl Qartal” ordeni ilə mükafatlandırıb. Təltif liderlərin Astanda keçirilən görüşü zamanı baş tutub. Tokayev bildirib: “Çətin geosiyasi şəraitdə verdiyiniz cəsarətli qərarlar nəticəsində erməni xalqı üçün dəyərli bir addım atıldı. Dost və qardaş Ermənistan sülh və davamlı inkişaf yolunu seçdi. Bu sahədə sizin tarixi töhfəniz böyükdür. Vaşinqtonda […]

Müəllimlərin əməkhaqqı və motivasiyası artırılır

“2027-ci ildə sertifikatlaşdırma prosesindən ikinci dəfə uğurla keçən müəllimlərin əməkhaqqısının artırılması üçün vahid əmsal tətbiqini nəzərdən keçiririk. Bu əmsal müəllimlərin maaşını əhəmiyyətli şəkildə yüksəltməlidir”, – bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında çıxış edərkən bildirib. Nazir əlavə edib ki, yalnız 10 faiz artımın verilməsi müəllimin həyatında ciddi dəyişiklik yaratmayacaq: “Eyni müəllimi […]

Yeni vergi qaydaları tətbiq olunur

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerlər istisna olmaqla) kirayədən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Bu məsələ Milli Məclisin bugünkü iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, […]

Deputatdan vergi təklifi: Aşağı maaşlılar tam azad olsun

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişikliklər müzakirəsi zamanı təklif irəli sürüb. O bildirib ki, 1000 manatdan az maaş alan şəxslər ümumiyyətlə bütün vergilərdən azad olunsun. Deputat həmçinin ləğv olunmuş vergi güzəştlərinin bərpasını təklif edib: “2500 manata qədər maaş alanlar üçün artıq 3 faiz vergi dərəcəsi […]

Deputatdan dərman izah vərəqinə sərt etiraz: “Qəzet çıxarırsınız?”

Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı dərmanların içlik vərəqinin çox uzandığını tənqid edib: “Seçicilərim mənə dərmanların içlik vərəqini veriblər. Qəzet çıxarırsınız? Bu qədər izahat olar? Aptekdən dərman alanda əczaçıya deyirik ki, neçə dəfə içiləcəyini yazsın, vəssalam.”Spiker Sahibə Qafarova isə bildirib ki, dərman qutusunda izahat olmalıdır və bu, beynəlxalq təcrübəyə uyğundur. Deputat Salahlı […]

Mingəçevirdə binaların giriş hissələri yenilənir

Mingəçevir şəhərində binaların təmiri və abadlaşdırılması işləri davam etdirilir. Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin əməkdaşları tərəfindən M.Maqomayev prospektində yerləşən 6 və 12 saylı binaların giriş hissələrində sökülmüş və dağılmış sahələr sement məhlulu ilə suvanaraq bərpa olunub. Görülən işlər sakinlərin təhlükəsiz və komfortlu yaşayış şəraitinin təmin edilməsinə xidmət edir. İdarədən bildirilib ki, bu […]

Azərbaycanda nömrə nişanlarına yeni standart: mühüm dəyişikliklər təsdiqləndi

Azərbaycanda nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının dizaynında və strukturunda mühüm dəyişikliklər edilib. Yeni standartlarla bağlı müvafiq qərar artıq təsdiqlənib. AZS 599:2025 dövlət standartına əsasən, nömrə nişanlarında rəqəm və hərflər arasında istifadə olunan “defis” işarəsi ləğv olunur. Bununla yanaşı, nömrələrin quruluşunda daha bir vacib yenilik tətbiq edilir. Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, dəyişikliklər təkcə […]

“İbtidai təhsildə termin dəyişir” – Nazir köhnəlmiş anlayışa diqqət çəkdi

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, “ibtidai təhsil” anlayışında işlədilən “ibtidai” sözü artıq köhnəlmiş termin hesab olunur. Bir çox ölkələrdə bu mərhələ “baza təhsili” və ya “əsas təhsil” kimi adlandırılır. Nazir İTV-nin “Diqqət mərkəzi” proqramında çıxışı zamanı qeyd edib ki, dünyanın əksər ölkələrində baza təhsili 6 il davam etdiyi halda, Azərbaycanda bu müddət […]