Browsing daily archive

Noyabr 14, 2025

Leyla Əliyeva Mingəçevirdə avarçəkmə mərkəzində idmançılarla görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevirdəki avarçəkmə bazasını ziyarət edib. Səfər zamanı Leyla Əliyevaya Kür çayı üzərində fəaliyyət göstərən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin fəaliyyəti, burada yaradılan infrastruktur, idmançıların hazırlıq prosesi və əldə etdikləri uğurlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Kür” mərkəzi Avropada və MDB məkanında nadir avarçəkmə […]

Azərbaycanda yumurta ən çox bahalaşan məhsul oldu

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda ən çox qiymət artımı yumurtada qeydə alınıb — 4,7%. Tərəvəzlər üzrə qiymət artımı 4,3%, çay, qəhvə və kakao məhsullarında isə 2,1% olub. Balıq və balıq məhsulları 0,9%, qənd, cem, bal, şokolad və konfetlər isə 0,7% bahalaşıb. Oktyabr ayında əvvəlki aya nisbətən qiymətləri ən çox artan […]

Kiyevdə Azərbaycan səfirliyinə “İskəndər” raketinin qəlpələri düşdü

Ötən gecə Rusiyanın Kiyevə həyata keçirdiyi hücum zamanı “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb. Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib ki, hücum zamanı təxminən 430 dron və 18 raketdən istifadə olunub. Təkcə Kiyevdə onlarla yaşayış binası zədələnib. Hücum nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.

Məktəblərdə beşgünlük payız tətili başlayır

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili noyabrın 16-dan start götürəcək. Tətil 16-20 noyabr tarixlərini əhatə edəcək. Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, payız tətili bütün ümumi təhsil müəssisələrinə, o cümlədən məktəbəhazırlıq qruplarına da şamil edilir. Tətil bitdikdən sonra ilk dərs günü 21 noyabr tarixində olacaq.

Mingəçevir su anbarına 25 min sazan balığı buraxıldı

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva Mingəçevirə səfəri zamanı bir sıra ekoloji təşəbbüslərdə iştirak edib. Səfərin əvvəlində Leyla Əliyevanın iştirakı ilə Mingəçevir su anbarına 25 min ədəd sazan balığı buraxılıb. Bu aksiya su bioresurslarının bərpası, balıq ehtiyatlarının artırılması və su hövzələrinin ekoloji tarazlığının qorunması məqsədini daşıyır. Daha sonra Leyla Əliyeva […]

Leyla Əliyeva Mingəçevirdə şəhid ailələrini və sosial müəssisələri ziyarət etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfər edib. Səfər çərçivəsində Leyla Əliyeva əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhid qardaşlar Əhmədovların ailəsini ziyarət edib. O, şəhidlərin xatirəsini ehtiramla yad edib, anası Sevinc Əhmədova ilə söhbət edib və qəhrəman oğulların həyat yolu, döyüş fəaliyyəti, eləcə də ailənin gündəlik […]

Narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı

Tərtərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Qarabağ bürosunun məlumatına görə, Tərtər Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat zamanı əvvəllər məhkum olunmuş Nəbi Nəbiyev saxlanılıb. Onun üzərindən və idarə etdiyi ərazidən 2 kiloqramdan artıq marixuana və psixotrop maddə — metamfetamin aşkarlanıb. Aparılan araşdırmalar zamanı N.Nəbiyevin İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri […]

Polşada Kommunist Partiyasının taleyi həll olunur

Polşa Prezidenti Karol Navrotski Kommunist Partiyasının fəaliyyətinin Konstitusiyaya zidd elan edilməsi üçün Konstitusiya Məhkəməsinə rəsmi müraciət göndərib.Bu barədə Prezident Administrasiyası məlumat yayıb. Navrotski müraciətində partiyanın proqramında totalitar üsullara istinad edildiyini, eləcə də hakimiyyəti ələ keçirmək və dövlət siyasətinə təsir göstərmək üçün zorakılıqdan istifadə etmək niyyətinin əks olunduğunu vurğulayıb. Qeyd edək ki, Polşa Cinayət Məcəlləsinin 256-cı […]

Sosial şəbəkədə hakimləri təhqir edən şəxsə 2 il həbs cəzası verildi

Sosial şəbəkələrdə beş hakimə qarşı təhqiramiz ifadələr işlədən və onları rüşvət almaqda ittiham edən Masallı sakini Hikmət Şükürov barəsində cinayət işi açılıb və o, azadlıqdan məhrum edilib. Hakimlərdən hər biri 50 min manat məbləğində mənəvi təzminat tələb edib. İddiaya görə, 1962-ci il təvəllüdlü Hikmət Şükürov beş hakim tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Şikayətə səbəb […]