“Konstitusiya və Suverenlik İli” hüquqi, tarixi və müasir perspektivlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğunun inkişafı istiqamətində strateji əhəmiyyət kəsb edən qərarlardan biridir. Bu mühüm təşəbbüs həm Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyi, həm də Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin beşinci ildönümü ilə […]