Rəsmi təyinat
Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin yeni başçısı olub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Təyinatadək Elşən Həsənli Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsində çalışıb. O, 2006-cı ildə Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr, 2019-cu ildə isə “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini […]