Browsing daily archive

Noyabr 7, 2025

Mingəçevirdə Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

Noyabrın 7-də Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü – Tariximizin qızıl səhifəsi” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Foyedə məktəblilərin əl işlərindən ibarət sərgi və kitab təqdimatı nümayiş olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni […]

Qadağan olunan mərc oyunlarının reklamı ifşa edildi – 17 influenser saxlanıldı

Azərbaycanda sosial şəbəkələrdə qadağan olunmuş onlayn qumar və mərc oyunlarının reklamına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşları ilə birgə həyata keçirilib. Araşdırmalar nəticəsində məlum olub ki, bir sıra tanınmış influencerlər və sosial media […]

Vergilərin bir hissəsi bölgələrdə qalsın – Yeni təklif gündəmdə

Gələcəkdə normadan artıq vergi toplayan regionların müəyyən faizlərinin həmin bölgələrin özündə qalması təklif olunur. Bu vəsaitlər yerli abadlıq və quruculuq işlərinə, şəhid və qazi ailələrinin sosial dəstəyinə, eləcə də şəhər infrastrukturunun inkişafına yönəldilə bilər. Belə yanaşma regionlar arasında sağlam rəqabət mühitinin formalaşmasına da xidmət edəcək. Bu təklifi Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov […]

Ombudsmandan vacib təklif: Orta məktəblərdə psixoloq sayı artırılmalıdır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2026-cı ilin dövlət büdcəsi layihəsinə verdiyi rəyində vətəndaşların sosial rifahının artırılması məqsədilə bir sıra təkliflər irəli sürüb. Təkliflər parlamentin bir neçə komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirilib. Səbinə Əliyeva qeyd edib ki, şəkərli diabet xəstələrinin təminatının gücləndirilməsi […]

Donald Tramp “Zəngəzur dəhlizi”nə bənzər yeni “Tramp marşrutu”ndan danışdı

ABŞ Prezidenti Donald Tramp beynəlxalq əhəmiyyətli yeni nəqliyyat dəhlizi – TRIPP layihəsi (beynəlxalq sülh və rifah üçün “Tramp marşrutu”) barədə açıqlama verib. O, məsələni “Mərkəzi Asiya + ABŞ” (C5+1) formatında keçirilən görüş zamanı gündəmə gətirib. Tramp bildirib ki, layihə Xəzər dənizi regionunda ticarət əlaqələrinin genişlənməsini və Orta Asiya ölkələrinin iqtisadi inkişafını dəstəkləmək məqsədi daşıyır. Prezidentin […]

Milli Məclis 2026-cı ilin dövlət büdcəsini müzakirə edir

Azərbaycan Respublikasının Milli Məclisində Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, eləcə də Regional məsələlər komitələrinin birgə iclası keçirilir. İclasın gündəliyinə əsasən, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunur. Sənədə görə, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 […]

Qadın sobanın üzərinə yıxılaraq həyatını itirdi

Biləsuvar rayonunda baş verən bədbəxt hadisə insan itkisi ilə nəticələnib. Rayonun Cəbrayıldan olan məcburi köçkünlər üçün salınmış 8 saylı qəsəbəsində yaşayan Məkurə Gülənova ehtiyatsızlıq nəticəsində sobanın üzərinə yıxılıb. Hadisə zamanı qadın müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və həyatını itirib. Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.