İnterferensiya edək.
Necə deyərlər, fikirlərin müzakirəsi şərtdir.
Browsing daily archive
Necə deyərlər, fikirlərin müzakirəsi şərtdir.
Hemofiliya irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi bundan sonra icbari tibbi sığorta vəsaiti hesabına həyata keçiriləcək. Bu barədə dəyişiklik “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsində öz əksini tapıb. Sənəd 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil edilib və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü […]
Media subyektlərinin fəaliyyətlərindən əldə etdikləri gəlirlərin vergi güzəşti müddəti artırılacaq. Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Təklifə əsasən, audiovizual media subyektləri istisna olmaqla, media qurumlarının fəaliyyətlərindən əldə etdikləri gəlirlər – o cümlədən reklam gəlirləri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən […]
Yaşayış sahələrini kirayə verən şəxslər üçün yeni vergi tələbi müəyyənləşdirilir. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, fiziki şəxslərə məxsus mənzillərin (mehmanxanalar və mehmanxana tipli obyektlər istisna olmaqla) digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlir 10 faiz dərəcə ilə vergiyə cəlb ediləcək. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə […]
Azərbaycan artıq Ermənistana yüklərin tranzit daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib. O xatırladıb ki, Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstana dövlət səfəri zamanı bu barədə bəyanatla çıxış etmişdi. Dövlət başçısının sözlərinə görə, işğal dövründən bəri qüvvədə olan […]
Azərbaycan məktəblərində tədris olunan tarix dərsliklərinə bir sıra dəyişikliklər edilib. Tarix dərsliklərinin müəllifi Ramil Tanrıverdi “Təhsil TV”də yayımlanan “Xüsusi buraxılış” verilişində bildirib ki, yeni dərsliklərdə Atropatena dövlətinin süqutu ilə bağlı məlumat fərqli şəkildə təqdim olunur. “Vaxtilə dərsliklərdə Atropatena dövlətinin süqutu belə göstərilirdi: sonuncu hökmdar Ariovastın ölümündən sonra dövlət müstəqilliyini itirir və süquta uğrayır. Əslində isə […]