Browsing daily archive

Noyabr 3, 2025

Orduda maliyyə şəffaflığının artırılması istiqamətində yeni addım

Azərbaycanda əsgərlərin maaşları bundan sonra bank kartları vasitəsilə ödəniləcək. Bu məqsədlə xüsusi “əsgər kartları” hazırlanıb və onların hərbi qulluqçulara paylanmasına artıq başlanılıb. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, yeni sistem orduda maliyyə şəffaflığının təmin edilməsinə xidmət edir:Əvvəllər əsgərlərə maaş cədvəllər üzrə, imza qarşılığında verilirdi. İndi isə “əsgər kartı” vasitəsilə elektron ödəniş sistemi […]

Türk dünyası üçün tarixi hadisə

4 noyabr 2025-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk dünyası üçün mühüm bir hadisə baş tutacaq.Türk Mədəniyyəti və İrsi Fondu ilk dəfə olaraq türk sivilizasiyasının zənginliyini və dərin köklərini əks etdirən unikal layihələri təqdim edəcək. Təqdimat çərçivəsində iki böyük layihə diqqətə çatdırılacaq: Türk Dövlət Başçılarının qəbul etdiyi “Türk […]

İki evdən külli miqdarda oğurluq hadisəsi

Qax rayonunda yerləşən iki fərdi yaşayış evindən oğurluq edilib. Axşam saatlarında evlərə daxil olan naməlum şəxs təxminən 100 min manat nağd pul və 25 min manat dəyərində qızıl-zinət əşyalarını talayaraq ələ keçirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, 32 yaşlı Elçin Rəşidov […]

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni istedadlar axtarır

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərinin növbəti mərhələsinə qeydiyyat başlayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin “Technion” Texnologiya İnstitutunun birgə təşəbbüsü olan proqram ölkədə kibertəhlükəsizlik üzrə yeni mütəxəssislərin hazırlanmasını hədəfləyir. Bu mərhələdə Mərkəz ilk dəfə olaraq xüsusi fürsət təqdim edir – proqramı uğurla başa vuran iştirakçılar arasında ən yüksək nəticə göstərən […]

DİN xəbərdarlığı

Texnologiya irəli gedir, fırıldaqçılar da taktikasını yeniləyir. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək xatırladır ki, heç vaxt bank kartınızın tam nömrəsini, PIN, CVV, OTP/ SMS-kod və ya onlayn bank hesabınızın parolunu kənar şəxslərə verməyəsiniz. Bank əməkdaşları və ya rəsmi qurumlar belə məxfi məlumatları tələb etmir. Fırıldaqçıların istifadə etdiyi ümumi sxemlərə çağırış zəngləri, qısa mesajlar və […]