Browsing monthly archive

Oktyabr 2025

Böyük Qayıdış davam edir: Yeni mərhələdə ailələr işğaldan azad olunmuş ərazilərə köçürülür

Oktyabrın 10-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə növbəti köç mərhələsi həyata keçirilib. Bu çərçivədə Ağdamdan Xocalının Təzəbinə və Ballıca kəndlərinə köç karvanı yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 15 ailə – ümumilikdə 53 nəfər, Təzəbinə isə 28 ailə – 126 nəfər yerləşdirilir. Köçürülən ailələr müvəqqəti olaraq yataqxanalarda, sanatoriya və inzibati […]

Təhsil sahəsində yeni qrant müsabiqəsi elan olundu

Elm və Təhsil Nazirliyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” adlı qrant müsabiqəsini açıqlayıb. Bu təşəbbüs Azərbaycanda dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını əhatə edir. Qrant müsabiqəsinə qatılmaq istəyən təşkilatlar layihə təkliflərini 27 oktyabr 2025-ci il tarixinədək musabige@edu.gov.az elektron poçtu vasitəsilə təqdim edə bilərlər. Müsabiqə haqqında daha ətraflı məlumat və təlimatlar […]

Ramil Həsən deputatlıq fəaliyyətini başa vurdu

Milli Məclisin deputatı Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib. Bu qərar onun Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) Baş katib seçilməsi ilə əlaqədardır. Məsələ parlamentin bu gün keçirilən iclasında elan olunub.Ramil Həsən iclasda sonuncu dəfə çıxış edərək həmkarlarına təşəkkürünü bildirib.

QHT sektorunda daha bir səs-küylü məhkəmə prosesi

Qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair istintaq çərçivəsində “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə araşdırmasına başlanılır. İbtidai istintaqın tamamlanmasının ardından iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 22-nə təyin olunub. İttiham aktına əsasən, Hafiz Həsənova qarşı Cinayət Məcəlləsinin bir neçə […]

Düşənbədə diqqətçəkən anlar

Tacikistanın paytaxtı Düşənbədə keçirilən danışıqlardan sonra MDB ölkələri rəhbərlərinin qeyri-rəsmi görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında səmimi anlar yaşanıb. “RİA Novosti”nin məlumatına görə, görüş Tacikistan Prezidenti Emoməli Rəhmonun iqamətgahında baş tutub. Dövlət başçıları rəsmi iclasdan sonra qeyri-rəsmi mühitdə bir araya gəliblər. Prezident İlham Əliyev toplantıya ən sonda qoşulub, Vladimir […]

Kiberhiyləgərliyə qarşı xəbərdarlıq

Daxili İşlər Nazirliyi vətəndaşları kibertələlərə qarşı ayıq-sayıq olmağa çağırır. Nazirliyin mətbuat xidmətinin bildirdiyinə görə, dələduzlar zəng, mesaj və ya link vasitəsilə “mütəxəssislər kartınıza müdaxilə edib, vəsaitiniz oğurlanmaq təhlükəsindədir” tipli müraciətlər edərək insanlardan bank kartlarının məxfi məlumatlarını tələb edirlər. Hətta görüntülü zəng etməklə və ya telefonun dilini dəyişdirib təlimatlar verərək insanları aldatmağa çalışırlar. Nazirlik bir daha […]

Rektor Anar Eminov MDU-nun aktiv tələbələri ilə görüşdü: “Tələbəlik illəri liderliyə gedən yolun başlanğıcıdır”

Mingəçevir Dövlət Universitetində (MDU) tələbə fəallığının artırılması, gənclərin təşəbbüslərinin dəstəklənməsi və universitet həyatında onların daha fəal iştirakının təmin edilməsi məqsədilə maraqlı görüş keçirilib. Universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə təşkil olunan “TGT nədir?” adlı tədbir çərçivəsində MDU-nun rektoru Anar Eminov universitetin aktiv tələbələri ilə görüşüb. Universitetin akt zalında baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət […]

Yas mərasimlərində yeni qaydalar

Ağdam rayonunda dəbdəbəli yas məclislərinin ləğvi və sadələşdirilməsi barədə qərar qəbul edilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, rayon ərazisində yas mərasimlərinin müddəti cəmi üç gün ilə məhdudlaşdırılacaq və mərasim zamanı isti yeməklər təqdim edilməyəcək. Qeyd edək ki, ölkənin bir sıra bölgələrində artıq oxşar qərarlar qəbul olunub. Daha əvvəl Qusar, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, […]

Qəbul imtahanlarında yeni yanaşma

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanlarında danışıq bacarıqlarını qiymətləndirmə mərhələsi — yəni “speaking” mərhələsi tətbiq etməyi planlaşdırır. Hazırda bu yenilik yalnız magistratura pilləsində nəzərdə tutulub, lakin bakalavr səviyyəsində də oxşar testlərin tətbiqi müzakirə olunur. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova hesab edir ki, magistratura səviyyəsində “speaking” imtahanının tətbiqi doğru və […]

Azərbaycan universitetlərindən tarixi uğur

Azərbaycan ali təhsil müəssisələri beynəlxalq arenada mövqelərini möhkəmləndirməkdə davam edir. İlk dəfə ölkəmizin dörd universiteti “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən açıqlanan “Dünyanın ən yaxşı universitetləri” siyahısına daxil olub. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ötən il bu siyahıda yalnız iki Azərbaycan universiteti yer almışdı, 2020-ci ildə isə ölkəmizdən heç bir ali […]