Browsing monthly archive

Oktyabr 2025

Noyabrda deputat qəbul günləri bəlli oldu

Deputatlar noyabrda vətəndaşlarla görüşəcək – Qəbul günləri və ünvanlar açıqlandı Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin noyabr ayında vətəndaşlarla keçirəcəyi qəbul cədvəli açıqlanıb. Vətəndaşlar qəbulun vaxtı və keçirildiyi yerlər barədə ətraflı məlumat almaq, eləcə də qəbula yazılmaq üçün cədvəldə göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. Cədvəllə tanış olmaq üçün rəsmi link vasitəsilə məlumat […]

Ermənistan Baş naziri regional enerji layihələrinin detalları barədə danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisi vasitəsilə Naxçıvan və Türkiyəyə boru kəməri və elektrik xətləri çəkilməsi planlaşdırılır. “Azərbaycan-Ermənistan-Türkiyə boru kəməri və enerji xətləri TRIPP marşrut proqramı çərçivəsində müzakirə olunur. Türkiyə və Azərbaycanla bu istiqamətdə danışıqlar aparırıq”, – Paşinyan qeyd edib. Ermənistan hökumət başçısı layihələrin həyata keçirilməsində sülhün […]

Paytaxt bazarlarında ətin kilosu 23 manatı keçdi

Bakıda və bölgələrdə mal ətinin qiymətində son günlər nəzərəçarpacaq artım müşahidə edilir. Həm sümüklü, həm də sümüksüz mal əti 2-3 manat bahalaşıb. Hazırda qiymətlər 21–23 manat aralığında dəyişir. Satıcılar bahalaşmanı heyvan sayının azalması və tədarük çətinlikləri ilə əlaqələndirirlər.Mütəxəssislər bildirirlər ki, erkən kəsmələrin çoxalması, xəstəliklərin yayılması və təchizatda yaranan fasilələr ət bazarında ciddi risklər yaradır. İqtisadçı […]

Məktəbdə bədbəxt hadisə

Mingəçevirdə məktəbdə xoşagəlməz hadisə baş verib. 2013-cü il təvəllüdlü Bayramov Rza Əziz oğlu 7 saylı orta məktəbdə dərs zamanı xəsarət alıb. Məlumata görə, şagirdin sol əl barmağı ehtiyatsızlıq nəticəsində əyləşdiyi stulun şrupuna ilişib. Hadisə zamanı o, stulla birgə dərhal xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsi nəticəsində yeniyetmənin vəziyyəti stabilləşib, həyatına təhlükə olmadığı bildirilir.

Toyuna 2 həftə qalmış meyiti tapılan qızın fotosu

Oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaşlı Ləman Məmmədlinin meyiti şəhərin Günəşli Bağlar ərazisində asılı vəziyyətdə tapılıb. Sosial şəbəkələrdə mərhumun gəlinlikdə fotoları yayılıb. Məlumata görə, Ləman 35 yaşlı nişanlısı ilə bir neçə gün əvvəl qız toyu etmiş, noyabrın 1-də isə oğlan toyu planlaşdırılmışdı. Hadisədən əvvəl isə gəlinlikdəki kürək nahiyəsinin açıq qalması üzündən aralarında mübahisə baş […]

Gərginlik faciəyə çevrildi

Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib. Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2009-cu il təvəllüdlü Y.Q., yaşadığı evin həyətində yaranan mübahisə zamanı həmyerlisi, 1980-ci il təvəllüdlü Emil Əliyevin qol və kürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu öldürüb. Hadisədən dərhal sonra Y.Q. polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Erməni politoloqdan səs-küylü açıqlama

Erməni politoloq Alen Qevondyan Zəngəzur dəhlizinin 2026-cı ildə istifadəyə veriləcəyini bildirib. O deyib ki, İrəvan “Zəngəzur dəhlizi” ifadəsinə etiraz etsə də, hadisələrin gedişi Bakı və Ankaranın planına uyğun şəkildə inkişaf edir. Qevondyanın sözlərinə görə, Vaşinqtonda sənədlərin imzalanmasından sonra baş verən proseslər göstərdi ki, həmin sənədlər hələ yekun qərar anlamına gəlmir və əsas istiqaməti Bakı ilə […]

Bakı Ağır Cinayətlər Məhkəməsi üçün yeni bina inşa olunur

Bakı Ağır Cinayətlər Məhkəməsi üçün inşa olunan yeni inzibati binada tikinti işləri intensiv mərhələyə keçib.Yeni kompleks Bakı İstintaq Təcridxanasının (“Kürdəxanı” təcridxanası) qarşısında yerləşir və işlər bu ilin fevral ayından etibarən aparılır. Layihəyə əsasən, tikinti iki il ərzində tamamlanaraq təhvil veriləcək. Məhkəmə kompleksinin inşası Ədliyyə Nazirliyinin keçirdiyi tenderin nəticəsinə əsasən “TVM İnşaat” şirkətinə həvalə olunub. Tikinti […]

Emin Əmrullayev ABŞ-də azərbaycanlı tələbələrlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev ötən həftə ABŞ-yə səfəri çərçivəsində bu ölkədə təhsil alan 90-a yaxın azərbaycanlı tələbə ilə görüş keçirib. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Görüş Corc Vaşinqton Universitetində baş tutub. Nazir çıxışında son illərdə Azərbaycanda elm və ali təhsil sistemində aparılan islahatlardan, ABŞ universitetləri ilə birgə ikili diplom proqramlarından, […]

Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır…

Azərbaycanda statistika sahəsində əldə olunan nailiyyətlər dövlətin və hökumətin yüksək qayğısı sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyev statistikaya yüksək qiymət vermişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkə statistiklərinin yaddaşına həkk olunmuş “Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır…” məşhur kəlamı Dövlət Statistika Komitəsinə verilən qiymətin bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Baş […]