Browsing monthly archive

Oktyabr 2025

Gənc müəllimlərə işləmək üçün əlavə stimullar

2026-cı ildə gənc müəllimlərin kənd məktəblərinə cəlb olunmasını stimullaşdırmaq məqsədilə onların əməkhaqqına əlavə ödənişlər nəzərdə tutulur. Bunun üçün dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılacaq. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən artıq gənc mütəxəssis kənd rayonlarındakı ümumtəhsil məktəblərinə işə […]

Veteranlara təqaüd artımı olmayacaq

Azərbaycanda 2026-cı ildə müharibə veteranlarına verilən təqaüdün artırılması planlaşdırılmır. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Trend-ə açıqlamasında bildirib ki, gələn il veteranlara ödənilən Prezident təqaüdü mövcud səviyyədə, yəni 80 manat olaraq qalacaq. Quliyev əlavə edib ki, hazırda bu təqaüd müharibə veteranlarının sosial dəstəyinin təmin edilməsi baxımından vacibdir, lakin artım nəzərdə tutulmur. […]

Süni intellekt sosial ədalətin güclənməsində yeni mərhələ açır

Süni intellekt artıq yalnız texnoloji yenilik deyil, düzgün tətbiq olunduqda insan həyatını asanlaşdıran, xidmətlərin keyfiyyətini artıran və sosial ədaləti gücləndirən strateji bir vasitəyə çevrilib. Bunu Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirinin müavini Adil Çalışkan “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda deyib. Nazir müavini bildirib ki, texnologiyanın əsas məqsədi insanın […]

Qrip mövsümü başladı — peyvəndlənmə kampaniyasına start verildi

Payız-qışda artan respirator viruslara qarşı ən effektiv qorunma yolu vaksinasiya hesab olunur Azərbaycanda mövsümi xəstəliklərin artdığı bir vaxtda qrip əleyhinə peyvəndlənmə kampaniyasına start verilib. Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, vaksinasiya prosesi 2025-ci il oktyabrın 8-dən etibarən başlayıb. Kampaniyanın məqsədi əhalinin sağlamlığını qorumaq və mövsümi infeksiyaların qarşısını almaqdır. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov […]

Qızıl bazarında eniş dalğası

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdıQızılın qiyməti enməkdə davam edir — fyuçers bazarında azalma müşahidə olunur Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə dekabr fyuçerslərinin qiyməti 0,48% azalaraq 4 125,7 ABŞ dolları təşkil edib.Eyni zamanda, gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,28% geriləyib və 48,08 ABŞ dolları səviyyəsinə düşüb.

Payızda bahar havası – istilər geri qayıdır

Oktyabrın 24-də ölkə ərazisində əsasən yağmursuz, mülayim hava şəraiti hakim olacaq.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə zəif çiskin müşahidə oluna bilər.Şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq istiqamətinə dönəcək. Gün ərzində paytaxtda 19-23, bəzi rayonlarda isə 25 dərəcəyədək isti olacaq.Dağlıq ərazilərdə qısamüddətli yağış […]

Qarabağ kanalında batan şəxsin meyiti tapıldı

Mingəçevirdə bir neçə gün əvvəl Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.Mərkəzi Aran bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Bəxtiyar Məmmədovun cəsədi kanalın Mingəçevir ərazisindən keçən hissəsində Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış Qrupu tərəfindən aşkarlanıb.Axtarışların nəticəsində sudan çıxarılan meyit aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Sakinlər üçün yeni iş imkanı

Bakı Regional Məşğulluq Filialının təşkilatçılığı ilə oktyabrın 28-də paytaxtda növbəti əmək yarmarkası keçiriləcək.Tədbir Xətai rayonu, Xocalı prospekti 64 ünvanında, “ibis Baku City” otelində saat 11:00-dan 13:00-dək davam edəcək. Yarmarkada iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqələrini təqdim etməlidir.Məşğulluq imkanlarından daha səmərəli faydalanmaq üçün namizədlərin CV nümunəsi ilə gəlmələri tövsiyə olunur. Tədbirdə müxtəlif şirkətlər tərəfindən təqdim ediləcək […]

2026-cı ildən sosial təminatda mühüm dəyişikliklər gözlənilir

2026-cı ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat səviyyəsində müəyyənləşdirilməsi planlaşdırılır. Bu artım ünvanlı sosial yardım alan ailələrin aylıq vəsaitinin yüksəlməsinə səbəb olacaq. Deputat Vüqar Bayramov bildirib ki, ehtiyac meyarının artırılması həm yardım məbləğinin böyüməsinə, həm də daha çox ailənin bu yardımdan faydalana bilməsinə şərait yaradacaq. “Məsələn, ailənin 5 üzvü və 900 manat […]

Mingəçevirdə faciə: Qarabağ kanalında 39 yaşlı kişi batdı

Mingəçevirdə Yuxarı Qarabağ suvarma kanalında faciə baş verib. Şəhər sakini, 39 yaşlı Bəxtiyar Məmmədov kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb. İlkin ehtimala görə, o, ehtiyatsızlıq nəticəsində suya düşüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, hadisə barədə məlumat daxil olan kimi Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Hazırda […]