Browsing monthly archive

Oktyabr 2025

Şirkət rəqəmsal inkişaf və genişzolaqlı internet sahəsində uğurlarına görə təltif olunub

“Aztelekom” MMC, AZCON Holding şirkətlər qrupuna daxil olan qurum, telekommunikasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətinə görə iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Paris şəhərində keçirilən Beynəlxalq Konqres çərçivəsində Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyası (WBBA) tərəfindən “Aztelekom”a “Broadband for Digital Inclusion Excellence” mükafatı təqdim olunub.Bu mükafat, internet xidmətlərinə bərabər çıxış imkanlarının genişləndirilməsi, regionlarda genişzolaqlı […]

Sənaye Məhəlləsində müasir texnologiyalar əsasında istehsal həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində yerləşən “Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyətinin pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub. 2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınan “Taşobası” MMC-nin zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarından istifadə edilməklə mahlıc və texniki çiyid istehsal olunur. Layihənin ümumi dəyəri 3,3 milyon manatdır. Müəssisə illik […]

Nazirlər Kabinetindən mühüm qərar

Nazirlər Kabineti Prezident tərəfindən təsdiqlənən “Yaşayış minimumu haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, tibb, təhsil və sosial sahəyə aid müəssisələr üçün yeni qida normalarını təsdiqləyib. İqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib ki, dəyişikliklərə əsasən artıq sosial sahəyə aid müəssisələrdə də xidmət alan şəxslər üçün ortasutkalıq qida normaları müəyyənləşdirilib. “Əvvəlki qanunvericilikdə sosial müəssisələr üçün bu […]

Payızın son günlərində havalar yenidən isinəcək

Azərbaycanda oktyabrın 28-də payız havası davam edəcək, temperatur bəzi bölgələrdə 27 dərəcəyədək yüksələcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi gündüz saatlarında arabir güclənəcək. Paytaxtda gecə 14-17, gündüz 21-26 dərəcə isti müşahidə ediləcək. Atmosfer təzyiqi 761-dən 758 mm civə sütununa enəcək, nisbi rütubət isə […]

Səhiyyədə rəqəmsal dönüş davam edir

Azərbaycanda poliklinikalarda elektron növbə sisteminin tətbiqi istiqamətində işlər sürətlə aparılır. Bu barədə TƏBİB-in icraçı direktor müavini Anar İsrafilov jurnalistlərə açıqlama verib. O bildirib ki, artıq bir çox tibb müəssisəsində elektron növbə konsepti fəaliyyətə başlayıb: “Bu sistemin tətbiqi tibb xidmətlərində şəffaflığı artıracaq və vətəndaşlara daha rahat şəkildə qeydiyyatdan keçib həkim qəbuluna yazılmaq imkanı yaradacaq. Tədricən bu […]

Nazir və komitə sədrləri bölgələrə gedir

Noyabr ayında nazir və komitə sədrləri regionlarda vətəndaşları qəbul edəcək Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin noyabr ayında ölkənin müxtəlif şəhər və rayonlarında vətəndaşların qəbulu keçiriləcək. Qəbul zamanı vətəndaşların müraciətləri yerində dinləniləcək və həlli üçün müvafiq tədbirlər görüləcək. Aşağıda noyabr ayı üzrə qəbul cədvəli təqdim olunur: № Rəhbər Şəhər/Rayon […]

Xaricdə təhsil arzusunda olanlara xəbərdarlıq

Gələn tədris ilində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Çin Xalq Respublikasında (ÇXR) təhsil almaq istəyən namizədlər üçün mühüm yeniliklər açıqlanıb. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, namizədlərdən tələb olunan əsas sənədlərdən biri — prioritet universitetlər üzrə ön qəbul sənədidir (pre-admission notice). Bu sənəd namizədin seçdiyi üç Çin universitetindən birindən alınmalıdır. 2026/2027-ci tədris […]

Ailə münaqişəsi faciə ilə nəticələndi

Mingəçevirdə ailə münaqişəsi qanla bitib. Hadisə şəhərin Energetiklər yaşayış massivində, Yadigar Mənsurov küçəsində yerləşən binanın qarşısında baş verib. 1991-ci il təvəllüdlü Aytən Bəkirova çoxsaylı bıçaq xəsarətləri alıb. Onun sifət, qol və qulaq nahiyələrinə ağır zərbələr endirilib. Yaralı qadın komatoz vəziyyətdə təcili olaraq xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Mingəçevir Şəhər […]

Mingəçevirdə “Ölü xatirələr dükanı” kitabının imza günü keçirilib

Mingəçevir Dövlət Dram Teatrında yazıçı və dramaturq, Prezident təqaüdçüsü Elçin Məhərrəmin “Ölü xatirələr dükanı” kitabının imza günü keçirilib. Tədbirdə şəhərin mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri, teatr xadimləri, qonaqlar və oxucular iştirak ediblər. Qonaqlar çıxışlarında müəllifin yaradıcılığından, onun ədəbi-bədii fəaliyyətindən və yeni kitabın mövzu baxımından fərqliliyindən danışıblar. İmza mərasimində yazıçının əsərləri əsasında tanınmış kino və teatr […]

Mingəçevirdə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” keçirilib

2025-ci ilin 24 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) və “HBN Group Academy”nin birgə təşkilatçılığı ilə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” uğurla keçirilib. Tədbirin əsas tərəfdaşı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), gümüş sponsoru isə “Job in Global” şirkəti olub. Sammit “Arena Hotel Kür”də baş tutub. Tədbir Ulu […]