Şuşada partlayıcı tələ aşkarlanıb
Şuşa rayonu, Kiçik Qaladərəsi kəndində aparılan ev təmizləmə işləri zamanı partlayıcı tələ aşkar edilib. Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, evin damında sütuna və giriş qapısına döyüş vəziyyətinə gətirilmiş 2 ədəd F-1 əl qumbarası tələ ilə quraşdırılıb. ANAMA əməkdaşları dərhal müdaxilə edərək tələ qurğularını zərərsizləşdirib və ərazinin təhlükəsizliyini təmin ediblər. Qeyd olunur ki, işğaldan azad […]