Browsing monthly archive

Oktyabr 2025

Təhsil sahəsində aktual məsələ

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov Təhsil TV-də yayımlanan “Təhsildəyik” verilişində distant, yəni məsafədən təhsil alan tələbələrin diplomlarının tanınmamasının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, məsafədən təhsil üzrə kvalifikasiyanın tanınması hələ formalaşmamış mexanizmə malikdir. “Təhsil haqqında” Qanunda distant təhsilin diplomlarının tanınması nəzərdə tutulsa da, onun həyata keçirilməsi mexanizmi hələ hazırlanmayıb. Tural Əhmədov bildirib […]

Qəbələdə beynəlxalq zirvə

Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir. Liderlər tədbir üçün Heydər Əliyev Konqres Mərkəzində toplaşıblar. Mərkəz şəhərin mərkəzindən təxminən 4 km aralıda yerləşir və 2012-ci ilin may ayında layihələndirmə və tikinti işlərinə başlanmış, 2013-cü ilin iyul ayında tamamlanmışdır. Açılış mərasimi bir ay sonra Prezident İlham Əliyevin iştirakı ilə keçirilib. Konqres […]

Gürcüstanda diplomatik gərginlik

Gürcüstan parlamentindəki hakim “Gürcü Arzusu” fraksiyasının rəhbəri İrakli Kirtsxaliya bəzi Qərb ölkələrinin səfirlərinin ölkədən çıxarılması məsələsinə dair sərt açıqlama verib. Onun sözlərinə görə, xüsusilə Ukraynada müharibənin başlanmasından sonra Gürcüstanda akkreditə olunmuş bir sıra Avropa və Avropa İttifaqı ölkələrinin səfirlərinin davranışları diplomatik çərçivələri aşaraq, dövlətin daxili işlərinə açıq müdaxilə xarakteri daşıyır. Kirtsxaliya bildirib ki, cəmiyyət hökumətdən […]

Belarusda qiymət artımı dayandırılır

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə qiymət artımına qadağa qoyulması barədə göstəriş verib. Qərar oktyabrın 6-dan etibarən qüvvəyə minib. Bu barədə məlumatı Belarusun rəsmi dövlət agentliyi “Belta” yayıb. Lukaşenko Nazirlər Kabinetinin iclasında məsələ ilə bağlı kəskin çıxış edərək bildirib: “Oktyabrın 6-dan bütün qiymət artımları qadağandır. Qiymətlər bir gecədə şişməsin! Bu gündən etibarən heç bir artıma icazə […]

Dövlət informasiya sistemlərinə qarşı kiber təhlükələr zərərsizləşdirildi

Üç rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində dövlət qurumlarına qarşı planlaşdırılan çoxsaylı kiberhücumların qarşısı alınıb. Qurumdan verilən məlumata görə, həyata keçirilən analizlər zamanı 650 kiberhücum indikatoru müəyyən edilib. Bu indikatorların vaxtında bloklanması nəticəsində dövlət strukturlarına qarşı xüsusi hədəflənmiş APT (Advanced Persistent Threat) tipli hücumların təsiri neytrallaşdırılıb. Hesabat dövrü […]

Hicab məcburiyyəti ləğv edildi – qadınlar azad geyinə bilər

İranda illərdir davam edən ictimai mübarizə nəhayət nəticə verdi. Ölkədə hicabla bağlı sərt qaydalar yumşaldılıb və artıq küçələrdə, ictimai yerlərdə sərbəst geyinən qadınlara rast gəlmək adi hal almağa başlayıb. Bu, son illərdə qadınların azadlıq və hüquq tələblərinin ən mühüm nailiyyətlərindən biri kimi dəyərləndirilir. “Azad İran” “Telegram” kanalında yayımlanan kadrlarda qadınların hicabsız şəkildə gəzintiyə çıxdığı, ictimai […]

Neft bazarında qiymət artımı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,91 ABŞ dolları və ya 1,31 faiz artaraq 70,12 ABŞ dollarına çatıb. Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində hesablanıb. Xatırladaq ki, “Azeri Light” markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də — […]

Ağrısız həyat üçün sadə məşqlər!

Diqqət! Kompüter işçiləri, sürücülər, həkimlər, müəllimlər, mühəndislər, idmançılar, tələbələr və oturaq həyat tərzi sürənlər! Uzun müddət eyni vəziyyətdə işləmək, az hərəkət və ya ağır fiziki işlər bel, boyun, çiyin, oynaq və digər nahiyələrdə ağrılar, xroniki problemlər və zədələnmələrə səbəb olur. Yaxşı xəbər! Sadə və xüsusi idman hərəkətləri ilə bu problemləri aradan qaldırmaq mümkündür. Bu hərəkətlər […]

Qripə qarşı vaksinasiya kampaniyası başlayır

Havaların soyuması ilə əlaqədar olaraq ölkədə kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma ehtimalı artır. Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi payız-qış mövsümündə qripə qarşı vaksinasiya kampaniyasına start verir. Vaksinasiya üçün “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan, tam təhlükəsiz və yüksək keyfiyyətli qrip vaksinləri gətirilib. Səhiyyə naziri Teymur Musayevin […]

Saxlanılan QHT sədrləri istintaqdan sonra sərbəst buraxıldı

Bir neçə gün əvvəl saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlamaqda şübhəli bilinən bir neçə QHT sədri saxlanmışdı. Aparılan ilkin araşdırmalar nəticəsində onların izahatları alınıb və müvafiq prosessual tədbirlər başa çatdıqdan sonra sərbəst buraxılıblar. Məlumata görə, araşdırmalar zamanı bu şəxslərin fəaliyyət istiqamətləri və rəhbərlik etdikləri təşkilatların son dövrlərdəki fəaliyyəti barədə müəyyən məlumatlar dəqiqləşdirilib. […]