Browsing monthly archive

Oktyabr 2025

Mingəçevir Dövlət Universiteti Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

2025-ci ilin 13 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi altı nəfərlik nümayəndə heyəti Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin (DEU) rektoru, professor Dr. Bayram Yılmaz ilə görüşüb. Görüş zamanı professor B. Yılmaz MDU kollektivini DEU-da görməkdən məmnunluğunu bildirib, iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin […]

İranda “hicab inqilabı” səngimir

İran küçələrində dövlətin məcburi hicab qaydasına meydan oxuyan qadınların sayı sürətlə artır. Artıq hicabsız gəzən qadınlar xüsusilə Tehran və digər böyük şəhərlərdə adi mənzərəyə çevrilib. İranlı qadın jurnalistlərin Azadlıq radiosunun Fars bürosuna verdiyi məlumata görə, son bir ildə küçələrdə hicabsız qadınların görünməsi “cəsarət göstəricisi” yox, sadəcə gündəlik həyatın bir hissəsidir. Bu prosesin dönüş nöqtəsi 2022-ci […]

Ərdoğandan tarixi qərar: türksoylular üçün yeni dövr başlayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türksoylu ölkələrin vətəndaşlarının hüquqi statusuna dair mühüm qərar imzalayıb. Yeni sərəncama əsasən, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan vətəndaşları artıq Türkiyədə “əcnəbi” hesab edilməyəcək və öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər. Beləliklə, türksoylu ölkələrin vətəndaşları həm dövlət, həm də özəl sektorda daha rahat şəkildə işləyə biləcək, iş […]

Noyabrda dörd günlük istirahət: ardıcıl bayram tətili gəlir

Gələn ay Azərbaycanda ardıcıl dörd gün iş olmayacaq. Belə ki, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına əsasən, bu səbəbdən 10 və 11 noyabr tarixləri də qeyri-iş günü olacaq. Beləliklə, vətəndaşlar noyabrın 8-dən 11-dək — cəmi dörd gün […]

Qəzza sülhünə görə Trampa ali mükafat

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ABŞ-ın sabiq Prezidenti Donald Trampa ölkənin ən ali dövlət mükafatı – “Nil ordeni” təqdim etmək qərarına gəlib. Bu barədə məlumatı Misir Prezident Administrasiyası yayıb. Açıqlamada qeyd olunur ki, Tramp bu mükafata regional münaqişələrin həllinə verdiyi töhfələrə, xüsusilə də Qəzzada müharibənin dayandırılması istiqamətindəki vasitəçilik roluna görə layiq görülüb.

Qəzzada humanitar proses sürətlənir

Qəzza zolağında gərginlik fonunda mühüm humanitar addım atılıb — HƏMAS israilli girovları azad etməyə başlayıb. İlkin mərhələdə yeddi israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsinə (ICRC) təhvil verilib. Eyni zamanda, İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların azad olunması prosesi də start götürüb. Rəsmilərin məlumatına görə, azadlığa buraxılması nəzərdə tutulan 1 966 məhbus artıq avtobuslara mindirilib. Qəzza zolağında […]

Daha 600-ə yaxın tələbəyə pulsuz təhsil imkanı açıldı

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə görə, bəzi dövlət sifarişli yerlər istifadəsiz qalmışdı. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında ballarına əsaslanaraq boş qalan yerlərə əlavə müsabiqə keçirilib. Nəticədə bakalavriat səviyyəsində 584 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Onların siyahısı müvafiq tədbirlər üçün ali […]

Böyük Qayıdış davam edir: Yeni mərhələdə ailələr işğaldan azad olunmuş ərazilərə köçürülür

Oktyabrın 10-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə növbəti köç mərhələsi həyata keçirilib. Bu çərçivədə Ağdamdan Xocalının Təzəbinə və Ballıca kəndlərinə köç karvanı yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 15 ailə – ümumilikdə 53 nəfər, Təzəbinə isə 28 ailə – 126 nəfər yerləşdirilir. Köçürülən ailələr müvəqqəti olaraq yataqxanalarda, sanatoriya və inzibati […]

Təhsil sahəsində yeni qrant müsabiqəsi elan olundu

Elm və Təhsil Nazirliyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” adlı qrant müsabiqəsini açıqlayıb. Bu təşəbbüs Azərbaycanda dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını əhatə edir. Qrant müsabiqəsinə qatılmaq istəyən təşkilatlar layihə təkliflərini 27 oktyabr 2025-ci il tarixinədək musabige@edu.gov.az elektron poçtu vasitəsilə təqdim edə bilərlər. Müsabiqə haqqında daha ətraflı məlumat və təlimatlar […]