Mingəçevirdə “Ölü xatirələr dükanı” kitabının imza günü keçirilib
Mingəçevir Dövlət Dram Teatrında yazıçı və dramaturq, Prezident təqaüdçüsü Elçin Məhərrəmin “Ölü xatirələr dükanı” kitabının imza günü keçirilib. Tədbirdə şəhərin mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri, teatr xadimləri, qonaqlar və oxucular iştirak ediblər. Qonaqlar çıxışlarında müəllifin yaradıcılığından, onun ədəbi-bədii fəaliyyətindən və yeni kitabın mövzu baxımından fərqliliyindən danışıblar. İmza mərasimində yazıçının əsərləri əsasında tanınmış kino və teatr […]