Browsing daily archive

Oktyabr 23, 2025

Qarabağ kanalında batan şəxsin meyiti tapıldı

Mingəçevirdə bir neçə gün əvvəl Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.Mərkəzi Aran bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Bəxtiyar Məmmədovun cəsədi kanalın Mingəçevir ərazisindən keçən hissəsində Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış Qrupu tərəfindən aşkarlanıb.Axtarışların nəticəsində sudan çıxarılan meyit aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Sakinlər üçün yeni iş imkanı

Bakı Regional Məşğulluq Filialının təşkilatçılığı ilə oktyabrın 28-də paytaxtda növbəti əmək yarmarkası keçiriləcək.Tədbir Xətai rayonu, Xocalı prospekti 64 ünvanında, “ibis Baku City” otelində saat 11:00-dan 13:00-dək davam edəcək. Yarmarkada iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqələrini təqdim etməlidir.Məşğulluq imkanlarından daha səmərəli faydalanmaq üçün namizədlərin CV nümunəsi ilə gəlmələri tövsiyə olunur. Tədbirdə müxtəlif şirkətlər tərəfindən təqdim ediləcək […]

2026-cı ildən sosial təminatda mühüm dəyişikliklər gözlənilir

2026-cı ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat səviyyəsində müəyyənləşdirilməsi planlaşdırılır. Bu artım ünvanlı sosial yardım alan ailələrin aylıq vəsaitinin yüksəlməsinə səbəb olacaq. Deputat Vüqar Bayramov bildirib ki, ehtiyac meyarının artırılması həm yardım məbləğinin böyüməsinə, həm də daha çox ailənin bu yardımdan faydalana bilməsinə şərait yaradacaq. “Məsələn, ailənin 5 üzvü və 900 manat […]

Mingəçevirdə faciə: Qarabağ kanalında 39 yaşlı kişi batdı

Mingəçevirdə Yuxarı Qarabağ suvarma kanalında faciə baş verib. Şəhər sakini, 39 yaşlı Bəxtiyar Məmmədov kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb. İlkin ehtimala görə, o, ehtiyatsızlıq nəticəsində suya düşüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, hadisə barədə məlumat daxil olan kimi Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Hazırda […]