Browsing daily archive

Oktyabr 22, 2025

Noyabrda deputat qəbul günləri bəlli oldu

Deputatlar noyabrda vətəndaşlarla görüşəcək – Qəbul günləri və ünvanlar açıqlandı Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin noyabr ayında vətəndaşlarla keçirəcəyi qəbul cədvəli açıqlanıb. Vətəndaşlar qəbulun vaxtı və keçirildiyi yerlər barədə ətraflı məlumat almaq, eləcə də qəbula yazılmaq üçün cədvəldə göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. Cədvəllə tanış olmaq üçün rəsmi link vasitəsilə məlumat […]

Ermənistan Baş naziri regional enerji layihələrinin detalları barədə danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisi vasitəsilə Naxçıvan və Türkiyəyə boru kəməri və elektrik xətləri çəkilməsi planlaşdırılır. “Azərbaycan-Ermənistan-Türkiyə boru kəməri və enerji xətləri TRIPP marşrut proqramı çərçivəsində müzakirə olunur. Türkiyə və Azərbaycanla bu istiqamətdə danışıqlar aparırıq”, – Paşinyan qeyd edib. Ermənistan hökumət başçısı layihələrin həyata keçirilməsində sülhün […]

Paytaxt bazarlarında ətin kilosu 23 manatı keçdi

Bakıda və bölgələrdə mal ətinin qiymətində son günlər nəzərəçarpacaq artım müşahidə edilir. Həm sümüklü, həm də sümüksüz mal əti 2-3 manat bahalaşıb. Hazırda qiymətlər 21–23 manat aralığında dəyişir. Satıcılar bahalaşmanı heyvan sayının azalması və tədarük çətinlikləri ilə əlaqələndirirlər.Mütəxəssislər bildirirlər ki, erkən kəsmələrin çoxalması, xəstəliklərin yayılması və təchizatda yaranan fasilələr ət bazarında ciddi risklər yaradır. İqtisadçı […]

Məktəbdə bədbəxt hadisə

Mingəçevirdə məktəbdə xoşagəlməz hadisə baş verib. 2013-cü il təvəllüdlü Bayramov Rza Əziz oğlu 7 saylı orta məktəbdə dərs zamanı xəsarət alıb. Məlumata görə, şagirdin sol əl barmağı ehtiyatsızlıq nəticəsində əyləşdiyi stulun şrupuna ilişib. Hadisə zamanı o, stulla birgə dərhal xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsi nəticəsində yeniyetmənin vəziyyəti stabilləşib, həyatına təhlükə olmadığı bildirilir.