Browsing daily archive

Oktyabr 20, 2025

Mingəçevirdə Ümumdünya Statistika Günü qeyd olunub

Ümumdünya Statistika Günü münasibətilə Mingəçevir Şəhər Statistika İdarəsində tədbir keçirilib. Toplantıya idarənin rəisi Etibar Kərimovun rəhbərliyi ilə müxtəlif idarə və təşkilatların nümayəndələri qatılıblar. Tədbiri giriş sözü ilə açan Etibar Kərimov iştirakçıları bayram münasibətilə təbrik edib və Ümumdünya Statistika Gününün əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, 20 oktyabr tarixi BMT Baş Assambleyasının qərarı ilə […]

Orta məktəblərdə tədris ili azaldılacaq? – Ekspertdən vacib açıqlama

Son günlər sosial şəbəkələrdə orta məktəblərdə tədris ilinin azaldılması ilə bağlı yayılan fikirlər ictimai müzakirələrə səbəb olub. Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, təhsil müddətinin qısaldılması və ya artırılması pedaqoji və sosial nəticələrə təsir göstərən ciddi məsələdir. “Ümumi təhsil haqqında Qanuna görə, baza təhsil 9 illik, tam orta təhsil isə 11 […]

Xaricdə təhsil alanlarla bağlı yeni statistika

Sentyabr ayında xaricdə ali təhsil almış 751 nəfər diplomlarının tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib. Onlardan 643 nəfərin sənədi müsbət qərarla təsdiqlənib və müvafiq şəhadətnamələr təqdim olunub. 108 müraciət isə mənfi qərarla yekunlaşıb. Agentlikdən bildirilib ki, mənfi qərar verilən halların əsas səbəbləri arasında təhsil müddətinin normadan az olması (58 fakt), kredit fərqlərinin çoxluğu […]

Pensiya ödənişləri ilə bağlı vacib açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu oktyabrın 21-də respublika üzrə bütün pensiyaların tam ödəniləcəyini bildirib. Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, həmin gün bütün bölgələrdə, eləcə də güzəştli şərtlərlə pensiya alan vətəndaşların ödənişləri də həyata keçiriləcək. Beləliklə, oktyabr ayı üzrə pensiya ödənişlərinin tam yekunlaşdırılması nəzərdə tutulur.

Təkər dəyişərkən maşının altında qalan kişi dünyasını dəyişdi

Şəmkirdə dəhşətli bədbəxt hadisə baş verib. Məlumata görə, İsa Qasımov yaşadığı evin həyətində atasına məxsus avtomobilin ön sol təkərini dəyişmək istəyərkən faciəvi şəkildə həlak olub. O, avtomobilin altında işlədiyi zaman qaldırıcının qəfil sürüşməsi nəticəsində başı avtomobilin altında qalıb. Hadisə yerinə çağırılan yaxınları onun həyatını xilas edə bilməyiblər. İsa Qasımov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını […]

Mingəçevirdə faciə

Mingəçevirdə ehtiyatsızlıq nəticəsində baş verən faciə ölümlə nəticələnib. Mərkəzi Aran bürosunun məlumatına görə, 1945-ci il təvəllüdlü Dilarə Orucova səhvən sirkə turşusu içərək zəhərlənib. Ailəsinin köməyi ilə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səylərinə baxmayaraq, Dilarə Orucova bu gün səhər saatlarında dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma aparılır.