Browsing daily archive

Oktyabr 17, 2025

Mingəçevir Sənaye Parkında bədbəxt hadisə

Mingəçevir Sənaye Parkında işçi qadın əmək fəaliyyəti zamanı xəsarət alıb. Hadisə axşam saatlarında parkın tekstil fabrikində baş verib. İlkin məlumata görə, istehsalat zamanı dəzgahın rezin borusu qəfildən məhvərindən çıxaraq 1993-cü il təvəllüdlü əməkdaş Xəyalə Məmmədovanın sifətinə dəyib. Zərbə nəticəsində onun gözü ciddi şəkildə zədələnib. Yaralı dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı […]

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoyur. 2025-ci ilin 17 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində Ankara şəhərində yerləşən OSTİM Texniki Universitetinin (OSTİM) rektoru professor Murat Yülek və universitetin struktur rəhbərləri ilə görüşüb. Görüşdə rektor Anar Eminov […]

Taksi sürücüləri üçün vacib yenilik

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobillərinin sürücüləri üçün növbəti imtahan tarixini açıqlayıb. İmtahan noyabrın 13-də keçiriləcək. Hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən şəxslərin məlumatları artıq DİM-ə təqdim olunub. Namizədlər 17 oktyabr saat 12:00-dan 31 oktyabr saat 18:00-dək imtahana qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi DİM-in rəsmi internet səhifəsində — ekabinet.dim.gov.az ünvanında aparılır. Sürücülər “Şəxsi kabinet” yaradaraq […]

Yol hərəkətində yeni qaydalar

Azərbaycanda moped idarə edən şəxslər üçün yeni tələblər müəyyənləşir. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsində moped sürücüləri üçün vəsiqə almaq öhdəliyinin tətbiqi nəzərdə tutulub. Layihənin məqsədi bu nəqliyyat vasitələrinin istismarını daha dəqiq tənzimləmək, sürücülərin bacarıq səviyyəsini artırmaq və ümumilikdə yol hərəkəti təhlükəsizliyini gücləndirməkdir. Təkliflərə əsasən, artıq mopedlərin dövlət […]

Krımda gözlənilməz hadisə

Krımda Rusiya ordusu Ukraynanın dron hücumlarına cavab olaraq hava müdafiəsi əməliyyatı həyata keçirib. Lakin əməliyyat zamanı Rusiya hərbçiləri təsadüfən öz hərbi təyyarələrini vurublar. Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk “RBC-Ukrayna”ya açıqlama verib.“Ukraynanın hücumlarını dəf etməyə çalışarkən Rusiya öz təyyarəsini Krım səmasında vurdu,” – deyə o bildirib. Pletençukun sözlərinə görə, gecə saatlarında […]

Xaricdə yaşayan azərbaycanlı blogerlərlə bağlı yeni məhkəmə mərhələsi

Bakı Ağır Cinayətlər Məhkəməsində xaricdə yaşayan azərbaycanlı blogerlər — Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlı barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda ilkin mərhələdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi oktyabrın 24-də davam etdiriləcək. Qeyd edək ki, adıçəkilən şəxslər barəsində dələduzluq, terrorçuluğa çağırış, […]

Qanunsuz “orden və medallar” hazırlayan QHT rəhbərləri məsuliyyətə cəlb olundu

Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları tərəfindən qanunsuz şəkildə orden və medalların hazırlanaraq müxtəlif şəxslərə təqdim edilməsi faktları aşkarlanıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə aparılan istintaq zamanı bəzi QHT rəhbərlərinin öz səlahiyyətlərini aşaraq saxta mükafatlar hazırlayıb satdıqları müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, “Azərbaycan Qarabağ […]

Trampdan dünya siyasətinə dair iddialı bəyanat

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna münaqişəsi III Dünya Müharibəsinə səbəb olmayacaq.Mətbuat konfransı zamanı çıxış edən Tramp Rusiyanın Ukraynaya müdaxiləsinin onun prezidentliyi dövründə baş vermədiyini bir daha vurğulayıb. “Bu müharibəni mən başlamamışam. Bu, Bayden administrasiyasının səhv qərarlarının nəticəsidir. Mən hakimiyyətə gələndə vəziyyət qarışıqlıq içində idi, amma indi əminəm ki, bu müharibə qlobal fəlakətə […]

Azad olunmuş ərazilərdə tibbi aksiyalara start verilir

Azad olunmuş torpaqlarda həyatın bərpası ilə yanaşı, insan sağlamlığına da xüsusi diqqət yetirilir. Bu məqsədlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi oktyabrın 17-də Suqovuşan kəndində səyyar tibbi aksiya keçirəcək. Aksiyanın əsas məqsədi bölgədə yaşayan, tibbi xidmətlərə çıxışı məhdud olan insanların göz sağlamlığını qorumaq və onlara yerində tibbi yardım göstərməkdir. […]