Browsing daily archive

Oktyabr 16, 2025

Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universiteti arasında yeni təhsil əməkdaşlığına start verildi

Mingəçevir Dövlət Universiteti (MDU) beynəlxalq ali təhsil məkanında öz mövqeyini möhkəmləndirmək, tədris və elmi fəaliyyətin keyfiyyətini yüksəltmək, tələbə və müəllim mübadiləsini genişləndirmək istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır. Bu istiqamətdə Türkiyə Cumhuriyyətinə təşkil olunan rəsmi səfərin əsas məqsədi qardaş ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, ikili diplom proqramlarının yaradılması, birgə elmi tədqiqatların […]

Ermənistan Konstitusiyasında dəyişikliklər gələn il gündəmə gələ bilər

Ermənistan Baş naziri Nikol Paşinyanın gələn il ölkə Konstitusiyasında dəyişikliklər etməyə hazırlaşdığı bildirilir. Bu addım, Azərbaycan Prezidenti İlham Əliyevin tələbi çərçivəsində həyata keçiriləcək. Erməni politoloq Harut Sasunyanın sözlərinə görə, dəyişikliklər aparılmasa, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Onun açıqlamasına görə, sülh prosesi artıq bir sıra mühüm nəticələrə gətirib çıxarıb: Ermənistan Konstitusiyasında yeniliklərin […]

Azərbaycanda əcnəbilərin yaşama icazəsi üçün müraciətlərin sayı artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana müvəqqəti yaşama icazəsi üçün 16 398 əcnəbi müraciət edib. Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Bildirilir ki, müraciətlərin böyük hissəsi müxtəlif kateqoriyaları əhatə edib. Məsələn, 1 167 nəfər mövcud müvəqqəti yaşama icazəsinin müddətini uzatmaq üçün müraciət edib, 3 818 nəfər isə vətəndaşlıq məsələləri ilə bağlı sorğu verib. Eyni zamanda, […]

Tibb Dünyasında Yenilik

ABŞ-nin Massaçusets Amherst Universitetində çalışan tədqiqatçılar nanohissəciklərdən istifadə edilən yeni bir peyvənd hazırlayıblar ki, bu da xərçəng hüceyrələrinin böyüməsini və yayılmasını əhəmiyyətli dərəcədə maneə törədir. Laboratoriya sınaqlarında peyvənd siçanlarda sınanıb. İlk mərhələdə vaksini alan siçanların 80%-i melanomadan tam qorunmuş, adi peyvənd alan heyvanların isə ömrü 35 gündən artıq olmamışdır. Eyni zamanda, vaksinin tətbiqi ilə ağciyər […]

Böyük Qayıdış Proqramı

Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna yaxın aylarda 900 ailənin qayıdışı planlaşdırılır. Bu barədə məlumatı Xankəndidə keçirilən “III Azərbaycan Milli Şəhərsalma Forumu”nda Prezidentin Ağdam, Füzuli və Xocavənd üzrə xüsusi nümayəndəsi Emin Hüseynov açıqlayıb. O, bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində bölgədə infrastruktur yenidən qurulub və sakinlərin rahat yaşaması üçün bütün hazırlıqlar görülüb. “Gələn ay Ağdama […]

Maliyyə Nazirliyi yeni hesabat açıqladı

2025-ci il iyulun 1-nə olan məlumata görə, Azərbaycanın ümumi dövlət borcu — həm xarici, həm də daxili öhdəliklər daxil olmaqla — 25 milyard 695,6 milyon manat səviyyəsində olub. Bu göstərici ölkənin ÜDM-nin 19,6 faizinə bərabərdir. Məlumat Maliyyə Nazirliyinin hazırladığı “2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi” sənədində yer alıb. Nazirliyin hesabatına əsasən, xarici dövlət borcunun […]

Qəzza ilə bağlı yeni təşəbbüs gündəmdə

Qəzza zolağında beynəlxalq sabitlik qüvvələrinin yaradılması istiqamətində danışıqlar aparılır.“Politico” nəşrinin məlumatına görə, bu qüvvəyə qoşulmaq üçün əsas namizəd ölkələr arasında Azərbaycan, İndoneziya və Pakistan yer alır. Məlumat ABŞ Müdafiə Nazirliyinin rəsmisinə və keçmiş yüksək səviyyəli müdafiə rəsmisinə istinadən yayılıb. Bildirilir ki, qüvvənin tərkibi ilə bağlı danışıqlar davam edir və hələ heç bir ölkə rəsmi öhdəlik […]