Browsing daily archive

Oktyabr 14, 2025

  Oktyabrın 14-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində İzmir şəhərində yerləşən Ege Universitetinin (EGE) rektoru, professor Necdet Budak ilə görüşüb. MDU-dan  verilən məlumata görə, görüş zamanı tərəflər universitetlərarası əlaqələrin konkret istiqamətləri, ortaq tədqiqat layihələrinin icrası, birgə konfrans və seminarların təşkili, eləcə də tələbə və akademik heyətin […]

Həssas şəxslər üçün yeni iş imkanları yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Dünya Bankının maliyyə dəstəyi ilə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində yeni pilot layihəyə başlayır. Layihənin əsas məqsədi sosial cəhətdən həssas qruplara əlavə iş yerləri yaratmaq və onların məşğulluq imkanlarını artırmaqdır. İlkin mərhələdə Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonları layihəyə daxil edilib. Layihədə iştirak etmək üçün […]

ATƏT-in Minsk Qrupu rəsmi fəaliyyətini dayandırır

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib ki, ATƏT-in Minsk Prosesi və onun əlaqəli strukturları dekabrın 1-dən gec olmayaraq fəaliyyətini dayandıracaq. Bu barədə o, İrəvanda Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla birgə təşkil olunmuş mətbuat konfransında məlumat verib. Valtonen vurğulayıb ki, ATƏT regionda və xüsusilə Ermənistanda sülhün qorunmasına dəstək verməyə hazırdır. Qeyd […]

Dərs zamanı məktəbə daxil olan kişi azyaşlıya xəsarət yetirib

Tərtər rayonunun Seydimli kəndində məktəbdə xoşagəlməz hadisə baş verib.Məktəbin 11-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü A. İsayev sinif yoldaşının atası tərəfindən döyülüb. İlkin məlumata görə, şagirdlər arasında bir müddət əvvəl baş vermiş mübahisə bu insidentə səbəb olub. Məsələnin davamı olaraq sinif yoldaşının atası – kənd sakini Bəxtiyar adlı şəxs dərs zamanı məktəbə gələrək sinif otağına […]

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı 30 faizdən çox artdı

2025–2026-cı tədris ili üzrə 62 xarici vətəndaş “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində oxumaq hüququ qazanıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu ilki göstərici ötən illə müqayisədə 32 faiz artım deməkdir. Yeni qəbul olunan tələbələr arasında 23 nəfər Çin, 11 nəfər Qazaxıstan, 4 nəfər Tacikistan, 4 nəfər Qırğızıstan, eləcə də 20 […]

Azərbaycanda “İslam bankçılığı” dövrü başlayır – faizsiz maliyyə sisteminə keçid

Azərbaycan bank sektorunda mühüm yeniliklər gözlənilir. Beynəlxalq reytinq agentliyi Moody’s xəbər verir ki, 2026-cı ildən etibarən ölkədə İslam maliyyə prinsiplərinə əsaslanan “İslam pəncərələri” fəaliyyətə başlayacaq. Yeni model vətəndaşlara faizsiz, lakin gəlir paylaşımı və riskin bölüşdürülməsi üzərində qurulan maliyyə məhsulları təqdim etməyi nəzərdə tutur. Məqsəd – həm bankların gəlir mənbələrini artırmaq, həm də əhalinin bank xidmətlərinə […]

Dövlət qulluğuna qəbul imtahanı yaxınlaşır

Oktyabrın 16-da Dövlət İmtahan Mərkəzi inzibati vəzifələrin B növü üzrə BB qrupunda dövlət qulluğuna qəbul imtahanı təşkil edəcək. Mərkəzdən verilən məlumata görə, imtahanda 550 namizəd iştirak edəcək. Qeyd olunur ki, imtahan saat 11:00-da başlayacaq, lakin 10:45-dən sonra gələn şəxslər zala buraxılmayacaq. Prosesin şəffaf və qaydalara uyğun keçirilməsi üçün 7 imtahan rəhbəri, 34 nəzarətçi və 6 […]