Browsing daily archive

Oktyabr 3, 2025

Müasir idarəçilik sistemində inklüzivlik və onun sosial-iqtisadi əhəmiyyəti

Müasir informasiya cəmiyyətində idarəçilik sisteminin durmadan təkmilləşdirilməsi fövqəladə aktuallıq kəsb edən çox mühüm məsələlərdən biridir. Məhz idarəçilik sisteminin düzgün təşkili bu sahədə fəaliyyətin keyfiyyətli təmin edilməsində həlledici faktor hesab olunur. Bu səbəbdən təşkilat və müəssisə rəhbərləri idarəçilik sisteminin daim qabaqcıl idarəçilik texnologiyaları ilə təmin və təchiz edilməsini menecmentin prioritet məsələsi hesab edir və bu sahəyə […]

Mingəçevirdə sabah günəşli və rahat hava gözlənilir

Oktyabrın 4-də Mingəçevirdə hava əsasən açıq və günəşli keçəcək, yağıntı gözlənilmir. Gecə saatlarında havanın temperaturu +15…+16° isti olacaq. Şimal küləyi zəif əsəcək. Nisbi rütubət yüksək olacaq – 90%-ə qədər. Səhər saatlarında temperatur +15…+20°-dək qalxacaq, hava açıq və rahat keçəcək. Günorta havanın temperaturu +21…+23° isti təşkil edəcək. Cənub-şərq küləyi zəif əsəcək, səma tamamilə açıq olacaq. Axşam […]

“Türk Hava Yolları” İrəvana uçuşlara hazırlaşır

“Türk Hava Yolları” yaxın vaxtlarda Ermənistana birbaşa uçuşlara başlayacaq. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan məlumat verib. Onun sözlərinə görə, şirkətin Ermənistan bazarına daxil olması uzun illər müzakirə mövzusu olub, lakin siyasi səbəblərə görə həyata keçirilməyib. Xandanyan bildirib ki, xüsusi nümayəndələrin son görüşlərindən sonra hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi qərara […]

Prokurorluğa işə qəbul imtahanı ilə bağlı vacib elan

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən sənədləri qəbul edilən şəxslərin nəzərinə çatdırılır ki, prokurorluq orqanlarına işə qəbul üzrə test imtahanı 10 oktyabr 2025-ci il, saat 10:00-da keçiriləcək. Namizədlər 3–7 oktyabr saat 23:59-dək bu keçid vasitəsilə imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçməlidirlər. Bundan sonra iştirakçılar 8 oktyabrdan etibarən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. İmtahan Bakı şəhəri, Süleyman […]

Zəngəzur dəhlizi üzrə razılaşmalar sürətlənir

Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlar yeni mərhələyə qədəm qoyub. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “TVP World” telekanalına müsahibəsində bildirib ki, tərəflər qarşılıqlı şəkildə bir-birlərinin infrastrukturundan istifadə etməklə regionda yeni imkanlar yarada bilərlər. Nazirin sözlərinə görə, dəhlizin əsas hissəsi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında ən qısa yol […]

Kosmosda gərginlik artır: Rusiya peyklərə müdaxilə edir

Kosmos artıq təkcə elm və texnologiyanın deyil, həm də hərbi qarşıdurmaların yeni meydanına çevrilir. Böyük Britaniya rəsmiləri Rusiyanın mütəmadi olaraq onların hərbi peyklərinə müdaxilə etdiyini açıqlayıb. Bu barədə Böyük Britaniyanın Kosmik Komandanlığının rəisi, general-mayor Pol Tedman məlumat verib. O bildirib ki, Rusiya qüvvələri demək olar ki, hər həftə Britaniyanın kosmik fəaliyyətinə mane olmağa çalışır və […]

Neft qiymətlərində eniş tendensiyası

Dünya bazarlarında aparılan son ticarət əməliyyatlarında Azərbaycan neftinin qiymətində azalma müşahidə olunub. Belə ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 bareli 1,10 dollar və ya 1,58% ucuzlaşaraq 68,51 ABŞ dollarına satılıb. Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində müəyyən olunub.

Alimlərdən Yer kürəsi ilə bağlı narahatedici xəbərdarlıq

Yer kürəsi getdikcə daha az Günəş işığını əks etdirir və bu proses iqlim dəyişikliyini anlamaq baxımından ciddi siqnal hesab olunur. “Daily Galaxy”nin məlumatına görə, NASA-nın Radiasiya Elmləri üzrə Baş Texnoloqu Norman Loebin rəhbərlik etdiyi alimlər qrupu planetimizin səthinin əksolunma qabiliyyətində (albedo) baş verən dəyişiklikləri araşdırıb. 2001–2024-cü illəri əhatə edən 20 illik təhlil nəticəsində Yer kürəsinin […]