Browsing daily archive

Oktyabr 2, 2025

Saxta təltif biznesi ifşa edildi

Polis əməkdaşları qanunsuz fəaliyyətlə məşğul olan bir neçə QHT rəhbərini saxlayıb. Araşdırmalar nəticəsində “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədovun saxta orden, medal və müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satdığı müəyyən olunub. Təşkilatların ofislərində dövlət əhəmiyyətli xüsusi […]

Hava Xəbərləri

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % […]

Şuşada partlayıcı tələ aşkarlanıb

Şuşa rayonu, Kiçik Qaladərəsi kəndində aparılan ev təmizləmə işləri zamanı partlayıcı tələ aşkar edilib. Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, evin damında sütuna və giriş qapısına döyüş vəziyyətinə gətirilmiş 2 ədəd F-1 əl qumbarası tələ ilə quraşdırılıb. ANAMA əməkdaşları dərhal müdaxilə edərək tələ qurğularını zərərsizləşdirib və ərazinin təhlükəsizliyini təmin ediblər. Qeyd olunur ki, işğaldan azad […]

Türkmənistan Füzulidə məscid inşa edəcək

Füzulidə Türkmənistan tərəfindən inşa olunacaq məscidlə bağlı yeni detallar açıqlanıb. Məlumata görə, layihənin maliyyələşdirilməsi Türkmənistanın Qurbanqulu Berdımuhamedov adına Uşaq xeyriyyə fondu tərəfindən həyata keçiriləcək. Tikinti işləri isə Türkmənistanın “Aga-gurluşyk” şirkətinə həvalə olunub. Xatırladaq ki, məscid ideyası Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdımuhamedovun 2025-ci ilin iyulunda Azərbaycana səfəri zamanı irəli sürülüb. Daha sonra Prezident İlham Əliyev […]

Balacalar üçün böyük başlanğıc: bağçalara növbəyə yazılma başladı

Valideynlər https://bq.edu.az/ portalı vasitəsilə övladlarını seçilmiş bağçalara qeydiyyatdan keçirə biləcəklər Bu gündən saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə start verilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, qəbul prosesi https://bq.edu.az/ portalı üzərindən yalnız elektron qaydada aparılır. Valideynlər övladları üçün maksimum üç bağçanı seçə bilirlər. Mövcud növbələrin boş yer […]