Mingəçevir Dövlət Universiteti (MDU) 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1–7 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il də elm, təhsil və mədəniyyət ictimaiyyətinin diqqət mərkəzindədir. Ölkənin kitab sənayesində ən nüfuzlu tədbirlərdən biri sayılan sərgidə Mingəçevir Dövlət Universiteti fəal şəkildə təmsil olunur. MDU-nun sərgi stendində universitetin elmi nəşrləri, müəllim və tələbələrin qələmə aldıqları […]