Browsing monthly archive

Sentyabr 2025

Qarabağdakı separatçı məzarları Ermənistana köçürüləcək?

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən 66 separatçı Xankəndi və ətraf rayonlardakı qəbiristanlıqlarda basdırılıb. Ermənistanın sonuncu Qarabağ separatçısı Samvel Şahramanyan jurnalistlərə bildirib ki, ermənilər Qarabağı tərk etdikdən sonra həmin məzarların İrəvandakı “Yerablur” hərbi panteonuna köçürülməsi məsələsi gündəmə gəlib. O qeyd edib ki, bununla bağlı həm Ermənistan hakimiyyəti, həm də Azərbaycan nümayəndələrindən […]

Fransa-Fələstin-İsrail gərginliyi: Bayraqlar, tanıma və sərt addımlar

Fransa ilə İsrail arasında gərginlik sürətlə artır. “Politico”nun mənbələrinə istinadən bildirildiyinə görə, İsrail Fransa tərəfindən Fələstin dövlətçiliyinin tanınması qərarına qarşı sərt tədbirlər görməyə hazırlaşır. Ekspertlərin sözlərinə görə, İsrail “bir neçə variant hazırlayır”, bunlara Fələstin Milli Administrasiyasının fəaliyyət göstərdiyi İordan çayının qərb sahilində ilhaqın sürətləndirilməsi, Fransanın Qüdsdəki konsulluğunun bağlanması və İsraildə Fransaya məxsus ərazilərdə tədbirlər görülməsi […]

Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlara maliyyə dəstəyi

Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar 2600 manat məbləğində birdəfəlik müavinət alacaqlar. Bu qərar Baş nazir Əli Əsədov tərəfindən Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi məqsədilə imzalanıb. Qərara əsasən, müavinət həm ümumi, həm peşə, həm orta ixtisas, həm də ali təhsil müəssisələrini bitirən uşaqlara tətbiq olunacaq. Məbləğ “Valideynlərini itirmiş və valideyn himayəsindən […]

Müharibənin Bədəlini Açıqladı: Ukraynaya 1 İl = 120 Milyard Dollar

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında ölkənin maliyyə vəziyyəti barədə danışıb. Onun sözlərinə görə, müharibənin davam etdiyi hər il Ukraynaya 120 milyard dollara başa gəlir. “Bir ilin qiyməti 120 milyard dollardır. 60 milyard Ukrayna büdcəsidir və biz hələ gələn il üçün əlavə 60 milyard dollar tapmalıyıq. A […]

Rusiyanın yeni hücum dalğası Ukraynanı silkələdi

Ötən gecə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirib. Prezident Volodimir Zelenskinin sözlərinə görə, ölkə ərazisinə təxminən 90 zərbə dronu göndərilib. Ukrayna ordusu hücumun böyük hissəsini zərərsizləşdirsə də, bir sıra vilayətlər zərər görüb. Dronlar Donetsk, Kiyev, Sumı, Xarkov, Çerniqov və Dnepropetrovsk istiqamətlərini hədəfə alıb. Nəticədə iki nəfər xəsarət alıb, Kiyevdə isə ictimai nəqliyyat infrastrukturu dağıdılıb. […]

Qərbi Zəngəzurda demarkasiya davam edəcəkmi

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sərhədin demarkasiyasının Sünik vilayətində (Qərbi Zəngəzur) davam etdirilib-etdirilməyəcəyi ilə bağlı suallara konkret cavab verməyib. “Sputnik Ermənistan”ın məlumatına görə, son günlərdə yayılan xəbərlər sərhəd işlərinin Tavuş istiqamətindən cənuba – Qərbi Zəngəzura keçə biləcəyi ehtimalını gündəmə gətirib. Xatırladaq ki, sentyabrın 5-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini […]

804 magistr tələbəsi dövlət hesabına təhsil alacaq

2025/2026-cı tədris ili üçün magistratura pilləsinə qəbul imtahanlarının nəticələrinə əsasən dövlət sifarişi üzrə ayrılmış yerlərin bir qismi boş qalıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, həmin yerlərin doldurulması üçün ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında əlavə müsabiqə təşkil edilib. Nəticədə 804 tələbə dövlət sifarişi əsasında, yəni ödənişsiz təhsil almaq hüququ qazanıb. Siyahı artıq müvafiq […]

Faciə: Məktəbli bacı-qardaş yol qəzasında həlak oldu

Lənkəran-Lerik magistral yolunda dəhşətli yol qəzası baş verib. Hadisə rayonun Şovu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili məktəbə gedən azyaşlıları – 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və onun qardaşı, 2016-cı ildə anadan olmuş Ramid Əliyevi vurub. Ağır xəsarətlər alan bacı-qardaş dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin […]

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər və gənclər təşkilatları üçün keçirilən qrant müsabiqəsinin nəticələri elan edilib. “Mİ-NEWS.az ” xəbər verir ki, qrant müsabiqəsinin qalibləri arasında Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndələri də var. Qrant müsabiqəsində uğur qazanan Mingəçevir Dövlət Universitetinin əməkdaş, tələbə və məzunları ilə görüş təşkil olunub. Gəncləri təbrik edən […]

2025-2026-cı tədris ili: Birinci sinfə oğlan və qızlar arasında fərq açıqlandı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, 2025-2026-cı tədris ili üzrə birinci sinfə qəbul olunan şagirdlərin sayı açıqlanıb. Rəsmi statistika göstərir ki, birinci sinfə qəbul olunanların 69 581 nəfəri oğlan, 60 879 nəfəri isə qızdır. Məktəbəhazırlıq qruplarına isə 45 494 oğlan və 40 180 qız qəbul olunub. Qeyd edilib ki, keçən tədris […]