Browsing monthly archive

Sentyabr 2025

BMT Baş Assambleyasında mühüm açıqlama

Monako, Lüksemburq və Malta Fələstin dövlətini rəsmən tanıyan ölkələrin sırasına qoşulub. Bu barədə qərar həmin ölkələrin nümayəndələri tərəfindən BMT Baş Assambleyasında elan edilib. Məlumata görə, hazırda BMT-yə üzv dövlətlərin təxminən 80 faizi “iki xalq üçün iki dövlət” prinsipini dəstəkləyir. Son günlər ərzində Avstraliya, Böyük Britaniya, Kanada, Portuqaliya, Fransa və Belçika da Fələstin dövlətini tanıdıqlarını bəyan […]

“Azərbaycan Dəmir Yolları”nda struktur dəyişiklikləri

“Azərbaycan Dəmir Yolları” QSC-də aparılan yenidənqurma işləri çərçivəsində işçi ixtisarları həyata keçirilir. Yenilənən yol infrastrukturuna uyğun olaraq bəzi ara stansiyalar bağlanıb və həmin məntəqələrdə çalışan işçilərin müqavilələrinə xitam verilib. Məlumata görə, qərb, cənub və şimal istiqamətləri üzrə ümumilikdə 150-yə yaxın əməkdaş işdən çıxarılıb. Bir qisim işçilər digər vəzifələrə yönləndirilsə də, əksəriyyətinə əmək haqqının bir neçə […]

Dəhşətli yol qəzası

Şəki şəhərində baş verən ağır yol qəzası iki nəfərin həyatına son qoyub. Məlumata görə, şəhər sakini Turan Əzizli dostu Elvinlə birlikdə kafedə spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etməyə davam edib. Onlar yolda dayanaraq əlavə pivə də alıblar və içkili vəziyyətdə sükan arxasında hərəkəti davam etdiriblər. Sürət həddini aşan Turan Əzizli idarəetməni itirərək qarşı […]

İctimai nəqliyyatda yeniliklər: Güzəştlər yaxınlaşır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəhbəri Anar Rzayev açıqlayıb ki, gələcəkdə bütün avtobuslarda vahid, nağdsız ödəniş sistemi tətbiq olunacaq. Bu sistem tam işlək vəziyyətə gətirildikdən sonra təqaüdçülər, tələbələr və digər sosial qruplar üçün güzəştli tariflər mümkün olacaq. O bildirib ki, yeni qaydalar hər bir daşıyıcını sürətli şəkildə nağdsız ödəniş sisteminə keçməyə təşviq edəcək. “Şəhərə çoxsaylı […]

Azərbaycanda payız bu axşam başlayır

Bu gün axşamdan etibarən Azərbaycanda payız fəsli rəsmi olaraq başlayacaq. Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, payız 22 sentyabr saat 22:19-da ölkəmizə daxil olacaq. Eyni zamanda bu tarixdə payız bərabərliyi baş verəcək, yəni gecə ilə gündüz eyni uzunluğa çatacaq. Günəşin şüaları Yer ekvatoruna düz bucaq altında düşdüyü üçün bütün coğrafi enliklərdə gün və […]

QHT-lər üçün böyük fürsət

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib. Layihə təkliflərinin qəbulu 22 sentyabr 2025-ci il tarixindən başlayıb və 22 oktyabr 2025-ci il tarixinə qədər davam edəcək. Müsabiqələrdə qaliblər 2026-cı ilin birinci rübündə elan olunacaq. Layihələr ekspertiza və təhlil mərhələsindən keçdikdən sonra seçiləcək. Qrant məbləğləri və […]

2026-cı il iqtisadiyyatında ciddi sınaqlar

Maliyyə Nazirliyi 2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərini açıqlayıb. Proqnozlara əsasən, iqtisadi artım 2026-cı ildə 2.9 faiz olacaq, lakin 2027-2028-ci illərdə yavaşlamalar gözlənilir. 2029-cu il üçün artım isə 4 faiz proqnozlaşdırılır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, növbəti il iqtisadi artımın əsas drayveri qeyri-neft sektoru olacaq. […]

Rayonlarda ev və torpaq bahalaşır – səbəblər açıqlandı

Azərbaycanda daşınmaz əmlaka, xüsusilə torpaq sahələrinə maraq son illərdə əhəmiyyətli dərəcədə artıb. Əvvəllər alıcıların diqqəti əsasən Bakıya və yaxın ərazilərə yönəlsə də, indi regionlara maraq xeyli güclənib. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, turistik bölgələrdə fərdi evlər və torpaq sahələrinin qiymətində nəzərəçarpacaq bahalaşma müşahidə olunur. Onun sözlərinə görə, bu prosesin əsas səbəblərindən biri […]

7 azərbaycanlı gənc Küveytdə ali təhsil şansı qazandı

2025/2026-cı tədris ili üçün Küveyt Dövlətinin elan etdiyi təqaüd proqramına Azərbaycan vətəndaşları da qoşulub. Seçim mərhələsinin nəticələrinə əsasən, 7 azərbaycanlı tələbə Küveyt Universitetində təhsil almaq hüququ əldə edib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, tələbələr əvvəlcə universitetin Dillər Mərkəzində birillik ərəb dili üzrə hazırlıq kursuna cəlb olunacaqlar. Hazırlıq mərhələsini uğurla başa vuran […]

2600 manatlıq müavinət kimlərə veriləcək? – Yeni QAYDALAR AÇIQLANDI

Azərbaycan Prezidentinin imzaladığı Fərmana əsasən, Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, həmçinin onların arasından olan şəxslərə 2600 manat məbləğində birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiqləyib. Yeni qaydalara görə, bu vətəndaşlarımız ümumi təhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrini bitirdikləri zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər. Millət vəkili Vüqar Bayramov […]