Browsing monthly archive

Sentyabr 2025

Şagirdlərin çanta yükü azalır – Rəqəmsal dərsliklər gəlir

Ənənəvi kağız dərsliklər yavaş-yavaş yerini rəqəmsal versiyalara verir. Beləliklə, illərlə müzakirə edilən “ağır çanta problemi” yaxın zamanda aradan qalxacaq. Elm və Təhsil Nazirliyi artıq müvafiq şirkətlərlə əməkdaşlıq edərək dərsliklərin elektron formatda hazırlanması istiqamətində işlərə başlayıb. Yeni sistem sayəsində şagirdlərin bütün dərslikləri vahid platformada – rəqəmsal dərslikdə birləşdiriləcək. Şagirdlərin sözlərinə görə, hər gün çoxsaylı kitab daşımaq […]

Mingəçevirdə və Kürdə qanunsuz balıq ovuna zərbə

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə qanunsuz balıq ovuna qarşı daha bir uğurlu əməliyyat həyata keçirib. Mingəçevir su anbarında keçirilən yoxlama zamanı balıqçılıq bileti olmadan ov edən bir neçə şəxs saxlanılıb. Onlardan 2 dəmir qayıq, 4 avar, müxtəlif balıq növlərindən ibarət 260-dan çox balıq və […]

Putin–Paşinyan Moskva görüşü: Danışacaq çox mövzularımız var

Sentyabrın 25-də Kremlin qonaq zalında Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Vladimir Putin çıxışında iki ölkə arasında əməkdaşlığın stabil şəkildə irəlilədiyini vurğulayıb. O bildirib ki, 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 11,7 milyard dollara çatıb və bu, indiyədək ən yüksək göstəricidir. Rusiya lideri həmçinin “Rosatom” şirkətinin Ermənistandakı […]

Vaşinqtonda Ölüm Hökmünə Yaşıl İşıq Yandırıldı

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ölüm hökmünün tətbiqinə icazə verən sərəncam imzalayıb. Bu qərar ABŞ-ın ştat statusuna malik olmayan, lakin Konqresin birbaşa idarəçiliyi altında olan Kolumbiya dairəsində qüvvəyə minəcək. İmzalanma mərasimində çıxış edən ABŞ-ın baş prokuroru Pam Bondi ölüm cəzasının yalnız Vaşinqtonda deyil, bütün ölkə üzrə tətbiqinə nail olmaq istədiklərini bildirib: “Biz bunun üçün təkcə […]

Mingəçevirdə Eyni Gün İki Yol Qəzası

Mingəçevirdə qısa zaman ərzində iki ayrı yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin məlumata görə, Kür çayı üzərindən keçən nəqliyyat körpüsündə “İsuzi” markalı yük maşını minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində körpü üzərində sıxlıq yaranıb. Qəza zamanı xəsarət alanların olub-olmadığı araşdırılır. Digər hadisə isə az sonra şəhər mərkəzində – Üzeyir Hacıbəyov və Rəsul Rza küçələrinin kəsişməsində baş […]

Rektor Anar Eminov MDU-nun sonuncu kurs tələbələri ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov bakalavriat səviyyəsi üzrə sonuncu kursda təhsil alan tələbələrlə görüşüb. Görüşün əsas məqsədi tələbələrin istehsalat təcrübəsi prosesinə, tədris nailiyyətlərinə və gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparmaq olub. Rektor çıxışında istehsalat təcrübəsinin tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirməsində mühüm rol oynadığını vurğulayıb. O, qeyd edib ki, universitet rəhbərliyi tələbələrin […]

MDU-da elmi-praktik seminar: Su ehtiyatlarının davamlı idarə olunması

25 sentyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və Ekologiya kafedrasının təşkilatçılığı ilə “Su ehtiyatlarının davamlı idarə olunması” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun Mühəndislik fakültəsinin professor-müəllim heyətinin üzvləri, tələbə və magistrantlar iştirak ediblər. MDU-nun Fizika və Ekologiya kafedrasının müdiri Təranə Yusibovanın moderatorluğu ilə keçən tədbirin açılışında universitetin Elm və innovasiyalar şöbəsinin müdiri […]

İnkişafYolu.az – Gənclərin şəxsi və peşəkar inkişafına dəstək platforması

Azərbaycan gənclərinin inkişafına töhfə vermək məqsədilə yeni bir rəqəmsal layihə təqdim olunur – İnkişafYolu.az. Bu innovativ veb platforma, gənclərin şəxsi və peşəkar bacarıqlarını artırmaq, təhsil imkanlarını genişləndirmək və karyera hədəflərinə çatmalarına dəstək göstərmək üçün hazırlanır. Layihənin təşəbbüskarı Mustafayeva Nigar Vüqar qızı bildirir ki, İnkişafYolu.az gənclərə öz inkişaf yolunu planlamaq və iş dünyasına daha hazırlıqlı addım […]

MDU 10 ixtisas üzrə 20-dən çox təşkilat və qurumla əməkdaşlıq edir

Müasir dövrdə ali təhsilin yalnız nəzəri biliklərlə məhdudlaşmaması, eyni zamanda praktik və tətbiq yönümlü bacarıqların formalaşdırılması istiqamətində inkişaf etdirilməsi zərurətə çevrilib. Bu kontekstdə ali təhsil müəssisələri ilə sənaye müəssisələri, dövlət qurumları və biznes strukturları arasında əməkdaşlıq getdikcə daha böyük əhəmiyyət qazanır. Belə əməkdaşlıq təhsil prosesinin praktik yönümlü olmasını təmin etməklə yanaşı, elmi biliklərin istehsalat təcrübəsi […]

Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin qatarı istifadəyə verilir

Azərbaycan Dəmir Yolları (ADY) ilk dəfə olaraq regiondaxili marşrut üzrə müasir elektrik qatarları ilə sərnişin daşımalarına başlayır. Sentyabrın 28-dən etibarən Gəncə–Mingəçevir–Ağstafa istiqamətində hər gün iki dəfə qatar reysləri təşkil olunacaq. Qrafikə əsasən, səhər saat 05:45-də Gəncədən yola düşən qatar 06:57-də Mingəçevirə, 07:15-də isə Gəncə–Ağstafa istiqamətinə hərəkət edərək 09:48-də Ağstafaya çatacaq. Günün ikinci reysi isə 16:00-da […]