Browsing monthly archive

Sentyabr 2025

Mingəçevir Su Anbarında suyun həcmi artıb

Son günlər ölkə ərazisində davam edən yağıntılar nəticəsində çaylarda və su hövzələrində suyun səviyyəsində artım qeydə alınıb. Xüsusilə Qanıx çayında vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişib. Belə ki, çayda suyun səviyyəsi 1 metr 41 santimetr yüksələrək, saniyədəki su axını əvvəlki 100 kubmetrdən 300 kubmetrə çatıb. Kür, Türyançay və digər çaylarda isə nisbətən az – 3-5 santimetr artım […]

Millimiz MDB Oyunlarını 9 medalla başa vurdu

Azərbaycanın stolüstü tennis millisi III MDB Oyunlarında uğurlu çıxışını tamamlayıb. Fərdi yarışların final mərhələsində millimizin idmançıları Adil Əhmədzadə və Mərziyyə Nurmətova Rusiya təmsilçiləri Yevgeni Vasikov və Zlata Terekova ilə üz-üzə gəlib. Hər üç setdə rəqiblərinə uduzan idmançılarımız gümüş medallarla təltif olunublar. Bununla da stolüstü tennis üzrə yarışlar başa çatıb. Azərbaycan millisi ümumilikdə 6 gümüş və […]

Sentyabrın 30-na hava proqnozu

Milli Hidrometeorologiya Xidməti sentyabrın 30-u üçün hava şəraitini açıqlayıb. Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-17, gündüz 18-22 dərəcə olacaq. Atmosfer təzyiqi 758–762 mm civə sütunu arasında dəyişəcək, nisbi rütubət 70-80% təşkil edəcək. […]

Oktyabrdan bəzi avtobuslarda gediş haqqı dəyişir – bütün marşrutlar deyil

1 oktyabr tarixindən etibarən Bakı şəhərində ictimai nəqliyyatda tariflər yenilənəcək. Metroya tətbiq olunan qiymət artımı bütün xətləri əhatə etsə də, avtobus marşrutlarının böyük hissəsində gediş haqqı dəyişməyəcək. Yeni tariflər yalnız nağdsız ödəniş sistemləri vasitəsilə fəaliyyət göstərən, həmçinin elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarına şamil olunacaq. İlkin mərhələdə […]

Avtobuslarda Yeni Dövr Başlayır: Oktyabrın 1-dən Tariflər Dəyişir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası sərnişindaşıma üzrə yeni gediş haqqı tariflərini təsdiqləyib. Qərar, “2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində ictimai nəqliyyatda keyfiyyətin artırılması və avtobus parkının yenilənməsi məqsədi daşıyır. Yeni qaydaya əsasən, yalnız nağdsız ödəniş sistemləri ilə fəaliyyət göstərən, ekoloji cəhətdən təmiz – elektrik və CNG ilə işləyən avtobuslarda gediş haqqı 60 qəpikdən başlayacaq. […]

ABŞ-dan Ukraynaya siqnal

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanın Amerika silahlarından istifadə edərək Rusiyanın dərinliklərinə zərbə endirməsinə qarşı çıxmır. Bu barədə Trampın xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalına açıqlama verib. Onun sözlərinə görə, prezident Donald Tramp, vitse-prezident Ceyms Vens və dövlət katibi Marko Rubionun son açıqlamaları Kiyevin uzaqmənzilli zərbələrinə Vaşinqtonun razılıq verdiyini göstərir. Kelloq əlavə edib ki, […]

III MDB Oyunlarında həyəcan davam edir

Azərbaycanda keçirilən III MDB Oyunları çərçivəsində bu gün idmansevərləri rəngarəng yarış proqramı gözləyir. Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi baş tutacaq. Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə idmançılar mübarizə aparacaq, Gəncə İdman Sarayında isə üzgüçülük yarışlarının növbəti mərhələsi keçiriləcək. U-16 futbol yarışları da diqqət mərkəzində olacaq. Qəbələ Şəhər Stadionunda Belarus […]

Mingəçevirdə Anım Gününə həsr olunmuş ehsan mərasimi keçirildi

Sentyabrın 27-də Anım Günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təşəbbüsü ilə Xarı Bülbül salonunda ehsan süfrəsi açılıb. Tədbirdə icra aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının üzvləri, bələdiyyə nümayəndələri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər. Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi dərin hörmətlə anılıb. Daha sonra […]

Mingəçevirdə Anım Gününə həsr olunmuş tədbirlər keçirildi

Sentyabrın 27-də Mingəçevirdə Anım Günü ilə bağlı silsilə tədbirlər təşkil olunub. Səhər saatlarından etibarən şəhər sakinləri Şəhidlər Xiyabanındakı Xatirə Kompleksinə üz tutublar. Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ağsaqqallar şurasının üzvləri və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edərək, onların ruhuna dualar oxuyublar və məzarların üzərinə gül dəstələri düzüblər. Şəhidlərin əziz xatirəsinə hörmət əlaməti […]

Mingəçevir MDB Oyunlarına hazırlaşır – Su təminatı gücləndirilir

Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunlarına hazırlıq çərçivəsində Mingəçevir şəhərinin su təchizatı sisteminə geniş baxış keçirilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, komissiya üzvləri və sukanal idarəsinin əməkdaşlarının iştirakı ilə aparılan yoxlama zamanı şəhərin içməli su və kanalizasiya şəbəkələri, nasos stansiyaları, su anbarları və digər mühüm […]