Bakıda genişmiqyaslı polis əməliyyatı
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi paytaxtda daha bir uğurlu əməliyyata imza atıb. Qanunsuz dövriyyəyə daxil edilən böyük miqdarda narkotikin qarşısı alınıb. Nərimanov rayonunda keçirilən tədbir zamanı 48 yaşlı Mahir Məhərrəmov saxlanılıb. Onun üzərindən 60 kiloqram marixuana aşkarlanıb. Araşdırmalar nəticəsində məlum olub ki, şübhəli şəxs cinayət məsuliyyətindən yayınmaq üçün narkotikləri taksi sürücüləri vasitəsilə daşıtdırıb. […]