Browsing monthly archive

Sentyabr 2025

Mingəçevir Dövlət Universitetinin dörd proqramı beynəlxalq akkreditasiya mərhələsində

Mingəçevir Dövlət Universitetinin (MDU) dörd təhsil proqramı beynəlxalq akkreditasiya prosesinə daxil olub. Beləliklə, “Turizm işinin təşkili”, “Maliyyə”, “Energetika mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisasları beynəlxalq standartlara uyğun keyfiyyət meyarları əsasında nüfuzlu ekspertlər tərəfindən qiymətləndiriləcək. Universitetin rektoru Anar Eminovun sözlərinə görə, beynəlxalq akkreditasiya mərhələsinə qoşulmaq ali təhsil müəssisəsinin strateji inkişaf planında xüsusi yer tutur və əsas məqsəd […]

16 Sentyabr üçün hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 16 Sentyabrda Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi yerlərdə arabir tutulma müşahidə ediləcək. Səhər və axşam saatlarında qısamüddətli yağış ehtimalı var. Gündüz şimal-şərq küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19, gündüz 20-24 dərəcə isti proqnozlaşdırılır. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə […]

Pensiya almaq üçün əsas tələblər açıqlanıb

Azərbaycanda pensiya hüququ yalnız müəyyən şərtləri yerinə yetirən şəxslərə verilir. Dövlət Sosial Müdafiə Fondu (DSMF) əmək pensiyası təminatı departamentinin müdiri Eyvaz İsmayılov bildirir ki, əsas meyarlar əmək stajı, yaş həddi və sosial sığorta ödənişləridir. Onun sözlərinə görə, bəzi hallarda minimum kapital tələbi tətbiq olunmur. Məsələn, hərbi xidmətdə əlil olmuş şəxslər kapital məbləğindən asılı olmayaraq pensiya […]

Paşinyan: Ermənistan ordusu ölkənin təhlükəsizliyini tam təmin edə bilməz

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin ordusunun əsas vəzifəsi yalnız beynəlxalq səviyyədə tanınmış ərazisini qorumaqdır və ordunun bu çərçivədən kənarda fəaliyyəti legitim deyil. O vurğulayıb ki, son illərdə qəbul edilən strategiya konkret nəticələr verib. Paşinyan həmçinin Ermənistanın silah tədarükü bazarlarının əvvəllər məhdud, indi isə açıq olduğunu qeyd edib. Baş nazirin sözlərinə görə, bu […]

Nigeriya “dünyanın ən pis ölkəsi” seçildi

Dünyanın həyat keyfiyyətinə görə ən pis ölkəsinin adı açıqlanıb. İnanılmaz təbii sərvətləri və vəhşi təbiət qoruqları ilə tanınan Afrika ölkəsi 2025-ci ildə dünyanın ən pis həyat keyfiyyətinə malik ölkəsi seçilib. Söhbət Nigeriyadan gedir. BMT məlumatlarına və Dünya Əhali İcmalı hesabatlarına görə, Nigeriya hətta İraq və Əfqanıstan kimi müharibədən əziyyət çəkən ölkələri də geridə qoyaraq, birinci […]

Kəlbəcərdə 33 ildən sonra ilk dərs zəngi çalındı

15 Sentyabr – Bilik Günü münasibətilə Kəlbəcərdə 33 illik fasilədən sonra ilk dərs zəngi səslənib. Şəhərdə işğaldan sonra inşa edilən ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb. Bu bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq nəzərdə tutulub. Hazırda Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksi inşa olunur. Kompleksdə 528 şagird üçün ümumtəhsil […]

Qaz fyuçerslərinin qiyməti yüksəlib

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiymətində artım qeydə alınıb. Belə ki, 1 milyon BTU (British Thermal Unit – Britaniya istilik vahidi) üçün qiymət 0,45% bahalaşaraq 2,9684 ABŞ dollarına çatıb. Niderlandın “Title Transfer Facility” (TTF) virtual platformasında isə qazın meqavat-saatı 1,14% artaraq 32,63 avro olub.

Mingəçevirdə yol qəzası baş verdi

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza Heydər Əliyev prospektinin Kür çayı yaxınlığından keçən hissəsində baş verib. “Mercedes” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində “Chevrolet”də olan sərnişin – 2004-cü il təvəllüdlü, Yevlax rayon sakini Zinyət Quliyeva müxtəlif xəsarətlər alıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Əsrimizin peşəsi – danışır gənclər!” adlı layihə uğurla həyata keçirilib.

Layihə çərçivəsində müasir sahələr üzrə tanınmış mütəxəssislərin iştirakı ilə 5 podkast buraxılışı hazırlanaraq YouTube platformasında geniş auditoriyaya təqdim olunub. Müasir dövrdə gənclərin qısa və interaktiv məzmun vasitəsilə bilik əldə etməsinə dəstək olmaq məqsədilə hazırlanan bu podkastlar brend strategiyası, məzmun yaradıcılığı, rəqəmsal marketinq və digər innovativ ixtisaslarla bağlı faydalı məlumatları əhatə edib. Layihənin əsas məqsədi gənclərin […]

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan gənclərinin tarixi daha yaxşı dərk etməsi üçün süni intellekt əsaslı video vəsaitlərlə tarixi səhnələrin yenidən canlandırılması” adlı layihə uğurla həyata keçirilib.

Layihə çərçivəsində Azərbaycan tarixinin 7 mühim hadisəsini əhatə edən 7 video hazırlanıb. Müasir dövrdə gənclərin qısa və yaddaqalan məzmun vasitəsilə tarixə marağını artırmaq məqsədilə hazırlanan bu videolar əsas ictimai şəbəkə platformalarında, xüsusilə də YouTube kanalında geniş auditoriyaya təqdim olunub. Layihənin əsas məqsədi gənclərin milli kimliklərini və tarixi yaddaşlarını möhkəmləndirmək, onları tarixi hadisələrlə daha yaxından tanış […]